24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

"Qarabağ" - "Ludoqorets" oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ludoqorets” (Bolqarıstan) oyununa bilet satışı davam edir.
 
Futbolxeber.az saytının Ağdam klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, artıq oyuna 23 min bilet satılıb.
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100  manat təşkil edir. 
 
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
 
Satış məntəqələri:
 
 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış
 
 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu
 
 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
 
Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lüdoqorets" matçı saat 20:00-da başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31