Ölkə futbolu
Qurban Qurbanov: “Minimum hədəf Konfrans, maksimum Çempionlar Liqasının qrupudur”
“Bakıda ilk oyunumuzu keçirəcəyik. Doğma Bakımızda, doğma stadionumuzda. Pis hazırlaşmadıq. Rəqibi ilk matçda daha yaxından tanıdıq. Bu komanda çox bacarıqlı müdafiə olunur. İlk matça baxıb, analiz etmişik. Baxımlı oyun sərgiləməyə çalışacağıq. Qalib gəlsək, Konfrans Liqasının qrupunu təmin edəcəyik. Futbolçularımın ümumi hazırlığı pis deyil. Azarkeşlər üçün baxımlı matç olacaq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iyulun 30-da UEFA Çempionlar Liqası II təsnifat mərhələsi çərçivəsində Bakıda "Linkoln"a qarşı keçiriləcək cavab matçı barədə danışarkən deyib.
Bu gün oyunöncəsi mətbuat konfransı keçirən təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün sizi ən çox narahat edən nədir?
- Hansısa narahatlığa ehtiyac yoxdur. Kollektivdaxili olan bəzi nüanslar var. İlboyu onlarla rastlaşırıq. Çalışırıq ki, kiçik vaxtda onları həll edək. 15-16 ildir ki, buradayam. Kollektivdaxili hər şeyi həll etmişik. Hansısa problem görmürəm. Həmişə çalışmışıq ki, əlimizdə olan şansdan maksimum istifadə edək, hər şey qaydasında olsun. Bizim üçün problem olan həmişə rəqib olub. Rəqib düşündüyümüzdən əlavə nəsə edirsə, bu, bizim üçün problem olub. Başqa ciddi problem görmürəm.
- Zədəli futbolçularla bağlı problem yoxdur?
- Xeyr. Bilirsiniz ki, Musa Qurbanlı əməliyyat olunub. Başqa hamı sağlamdır.
- 4 gündən sonra Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək. Bu mövsüm təxminən 50-dən çox oyun olacaq. Əlinizdəki heyət bu hədəflərə çatmaq üçün yetərlidir?
- Nə olursa-olsun əlimizdəki heyətlə bunlara hazır olmalıyıq. Problemi çözmək istəyiriksə, bunu etməliyik. Məşqçi kimi istəyərəm ki, heyətə minimum 2 oyunçu əlavə edilsin. Çünki bunun zədəsi, cəzası var. Bizim üçün hər oyun vacibdir. Hər cəbhədə ən yuxarı nəticə üçün mübarizə aparırıq. İşlər gedir. Orta xəttə oyunçu istəyirəm. Hücuma da minimum 1 futbolçu düşünürük. Daha yaxşı variant olarsa, mövqeyindən asılı olmayaraq, həmin oyunçunu transfer edərik.
- Nadir hallarda "Qarabağ"ın oyunundan, toplanışından narazılıq edirsiz. Bu dəfə isə razılıq edirsiz. Bunu heyəti qoruyub-saxlamağınızla əlaqələndirmək olar?
- Həmişə istəmişik ki, heyətimizi qoruyub-saxlayaq. Bu il vaxtımız oldu, daha rahat hazırlaşdıq. İkinci təsnifat mərhələsindən turnirə qoşulduq. Ona görə də komandada, futbolçularda psixoloji rahatlıq oldu. Gərginlik bir o qədər olmadı. Futbolçuların istirahətə daha çox vaxtları oldu. Ona görə də hazırlıq proqramına Bakıda başladıq. Onlar üçün də daha rahat oldu. Hamısı öz ailəsinin yanında idi. Fiziki hazırlığı həmişə yaxşılaşdırmaq olar, amma psixoloji hazırlıq çətindir. Məni də həmişə narahat edən budur. Futbolçu beyni yorğun olduqda, daha tez yorulur. Bu il bir az hazırlıq fərqli oldu. Futbolçular da daha rahat, sərbəst idilər. Ola bilər ki, buna görə öz razılığımı bildirmişəm. Gördüyümü, hiss etdiyimi demişəm.
- Avrokuboklardakı digər klublarımızın çıxışını necə dəyərləndirirsiniz?
- Müsbət. Hər birinə uğurlar arzulayıram. Hər birinə təşəkkür edirəm ki, yaxşı hazırlıq keçiblər. Sadəcə "Sumqayıt" uduzdu. Bu da məlum səbəblərdən. Hesabda öndə olarkən, qırmızı vərəqə aldılar. Cavab matçında inanıram ki, Samir Abasov komandanı toparlayacaq və yaxşı nəticə üçün oynayacaqlar. İnamım böyükdür. "Zirə" və "Sabah" yaxşı oyunla qalib gəldilər. Bu da klubun məşqçilərinə, rəhbərliyə, futbolçulara da əlavə stimul verir. Ümidlərimiz böyükdür, dualarımız onlarladır. Hər bir qələbə Azərbaycan futbolunun tanınması, reytinqin yüksəlməsi deməkdir. Hər birindən uğurlar nəticə gözləyirik. Fikirlərim isə öz komandamdadır. Qalibiyyətlərin sayının çox olmasını istəyirik.
- Şahruddin Məhəmmədəliyevin hazırkı durumu necədir? Onun qayıdışı futbolçularda inamı artırıb?
- Çox vacib mövqedir. Bəzən görürsən ki, çox komandaların şikayət etdiyi mövqe olur. Deməzdim ki, Şahruddinin tam hazırdır. Amma o, hamının tanıdığı oyunçudur. Hamının Şahruddinə qarşı münasibəti yaxşıdır. Adaptasiya üçün vaxta ehtiyac yoxdur.
- Redon Cicanın "Ankaragücü"nə gedişi barədə yayılan xəbər nə dərəcədə doğrudur?
- Bizdə belə məlumat yoxdur. Hansısa futbolçunu göndərmək fikrimiz yoxdur.
- "Ludoqorets" - "Dinamo"(Minsk) oyununa baxmısız?
- Bəli, baxmışam. Ümumi məlumat götürmüşəm özüm üçün.
- Bu mövsüm avrokuboklarda hədəfiniz nədir?
- Minimum və maksimum hədəflər olur. Minimum hədəf Konfrans Liqasının qrupudur. Maksimum isə Çempionlar Liqasının qrupu. Hədəfimiz həmişə maksimal olub.
- Legioner seçiminə çox həssas yanaşırsız. Bu mövsüm hələ ki, əcnəbi meydan oyunçusu transfer etməmisiz. Səbəb nədir? Tələbləriniz artıb, yoxsa futbolçular "Qarabağ"dan daha çox pul tələb edir?
- Transfer etmək get-gedə daha da çətinləşir. Həmişə istəmişik ki, yanlış transfer etməyək. Amma mümkünsüzdür. Avropa klublarında 30 faiz uğurlu transfer alınırsa, uduş kimi qəbul edirlər. 50 faiz fantastikdir. O imkanlarımız yoxdur ki, transferdə səhv etsək, onu kompensasiya edək. Amma hər bir halda, axtarışdayıq. Çox oyunçularla danışırıq. Bəziləri gəlmək istəmədi, bəziləri Avropanı daha çox düşünür. Amma transfer etmək fikrindəyik.
- Klublarımızın avrokuboklarda bu mövsümkü uğurlu çıxışında Azərbaycan çempionatındakı rəqabət rol oynadı?
- Futbolun inkişafı üçün belə turnirlər çox vacibdir. Hamı bilməlidir ki, biz nə üçün Azərbaycan çempionatında oynamalıyıq. Avrokuboklarda bütün klublara böyük təcrübə qazandırır. Qələbələr də böyük inam qazandırır Azarkeş marağı artır. Çempionatın daha da maraqılı keçməsini istəyiriksə, belə turnirlərdə iştirak etməliyik. Qruplara düşməyi hər bir klubumuza arzulayıram. Təcrübə baxımından da futbolçulara, məşqçilərə vacibdir. O rejimdə işləmək böyük fayda verir. Öz çempionatımızda 7-8 gündən bir oyun oynayırsan, amma avrokuboklarda oynayanda, rejim daim dəyişilir. Avrokubokıarın böyük faydası var. Hər bir turnirə ciddi yanaşmaq vacibdir. Klub rəhbərləri də bilməlidir. Əgər çatışmazlıq varsa, onu aradan qaldırmaq üçün məşqçilərin və futbolçuların yanında olmalıdırlar. Bura nə qədər xarici klublar gəlir. Azərbaycanımızı daha çox tanıyırlar. Bunun olması, xarici arena da da ölkəmiz üçün böyük fayda verir. Bəzən qorxuruq ki, çətin qrupa düşürük. Heç nə olmaz. Çətin komandalara qarşı 3-4 ildən sonra daha inamlı oynaya bilərik. Çox istəyərdim ki, bölgələrimizin mədəniyyətini də tanısınlar. Gəncə, Tovuz və digər rayonlarımız. Zirənin öz maraqlı tarixi, mədəniyyəti var. Sabah bəlkə Ağdamda oynadıq, bəlkə başqa şəhərlərdə. Yəni avropalılar buraların da tarixini bilərlər. Rəqabətin təməli buradan başlasa, daha yaxşıdır.
- "Qarabağ" "Ferentsvaroş"u keçdikdən sonra onlar sizin və sizin istədiyiniz futbolçuları transfer etməyə cəhd göstərir. Ovusu Kvabena, Kadi Borges. Bu, nə ilə bağlıdır?
- Qeyri-adi bir şey görmürəm. Biz də hansısa futbolçuya baxanda onun təcrübəsinə, çempion olub-olmamasına, qruplarda oynayıb-oynamamasına baxırıq. Ya da bəzən oyunçunun heç avrokuboklarda oynamamasına baxırıq ki, istəkli, ac olsun. Fərqli fikirlər söyləmək olar. "Ferentsvaroş"la aşağı-yuxarı eyni səviyyəli komandayıq. Onların da Avropanın hansısa tanınmış klubundan oyunçu götürməyə pulları yoxdur. Maddiyyat tərəfdən bizi üstələyirlər. Normal gedişatlardır. Biz də bəzi klublardan oyunçular götürmüşük. Məsələn, Çumbinyo, Miçel, filan. Hər şey maddiyyata bağlıdır.
- Ötən mövsüm Elvin Cəfərquliyev avrokuboklarda qırmızı vərəqə almışdı. "Zirə" və "Sumqayıt"da da eyni hal yaşandı. Belə halların minimuma endirilməsi üçün hansı addımlar atılmalıdır?
- Son vaxtlar çox komanda olub ki, kart cəzasına görə uğuru əldən verib. Görünən odur ki, futbolçularla bu barədə daha çox danışılmalıdır. Qaydalar onlara çatdırılmalıdır. Futbolçunu oyuna daha düzgün motivasiya etmək lazımdır. Hər bir tələb futbolçunun üzərinə düşür ki, özünü meydanda düzgün idarə etsin. Nə qədər məsləhət versək də, onu yerinə yetirən futbolçu özüdür. Hamısı məsuliyyətli olmalıdır. Şans bəzən bir dəfə olur. Ondan da maksimum istifadə etmək lazımdır ki, heç olmasa sayda üstələməsin. Oyunda üstələsə, sayda da üstələsə, rəqib üçün böyük üstünlük olur. Son vaxtlarda ən vacib elementlərdən biridir və bunun üzərində çox dayanılmalıdır. Hakimlərin fikirləri fərqlidir. Nizamnamə var. Elə hakim var ki, ona uyğun gedirlər. Bəziləri isə düşünür ki, bu mübarizə oyunudur, bəzən qırmızını vermək də olar, sarı da göstərmək olar. Çox dərinə getmirlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Qarabağ”a qarşı namərdlik
- Cavadovdan “Dinamo”ya dəstək
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- "Qarabağ"ın klublara qazandırdığı pulda kimin haqqı var?
- Ayxan Abbasov AFFA-nın “sirri”ni açıqladı: “Yay toplanışından sonra...”
- Breno Almeyda: “Neftçi” olaraq yalnız avrokuboklara fokuslanmışıq”
- Riad Rəfiyev Harvardın məzunu oldu
- Qapı bağlı qalıb... qapıçılarımıza
- Orxan Məmmədov: “Sahibkarların minifutbola marağı artıb"
- Roderik Miller: “Avrokuboklara çox yaxınıq”
- "İnter" səfərdə xal itirdi
- "Neftçi" məşqləri bərpa etdi
-
16:56
Naxçıvanda yeniyetmələr arasında cüdo yarışları keçiriləcək
-
16:30
Türkiyə klubunda rumın baş məşqçi
-
16:14
“Gəncə” braziliyalı legioneri ilə vidalaşıb
-
15:47
AFFA “Karvan-Yevlax”ı çempionatdan kənarlaşdırdı
-
15:22
AFFA U-17 millisinin baş məşqçisi ilə yollarını ayırdı
-
15:05
Gənclər və İdman Nazirliyində 15 milyonluq müəmma
-
14:31
Cüdo Federasiyası Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək
-
13:58
Rebrov istefa verdi
-
13:19
"Çelsi" səfərdə xalsız qaldı VİDEO
-
12:23
“Qarabağ” rəsmiləri UEFA Forumunda
-
11:46
Daha 2 boksçumuz dünya kubokunda mərhələ adladı
-
11:00
“Cəzalı duruma düşsəm də, sonradan bildim ki, qaydalara əsasən finalda oynaya bilərəm”
-
10:34
Cüdo Federasiyası dan dərəcələri üzrə seminar və imtahan keçirəcək
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"İnter" finala yüksəldi VİDEO
-
23:41
İki güləşçimiz Avropa üçüncüsü oldu
-
22:03
"Neftçi"yə vurduğumuz qolda ofsayd olduğunu biləndə məyus olmuşdum”
-
21:39
"Zirə"ni finala daşıyan heç-heçə VİDEO
-
21:20
Yunis Hüseynov: "Finala layiq komanda biz idik"
-
20:58
Kubokda ilk finalçı müəyyənləşdi
-
18:16
Premyer Liqa klubunda alman baş məşqçi
-
17:42
"Kəpəz" iki akademiya üzvü ilə peşəkar müqavilə imzalayıb
-
17:05
Avropa çempionatı: 3 güləşçimiz yarımfinala vəsiqə qazanıb
-
16:38
UFC 2028-ci ilə kimi Azərbaycanda
-
15:51
Azərbaycanın akademik avarçəkənləri İtaliyada xatirə turnirində iştirak edəcəklər
-
15:29
Zədəyə görə millimizin düşərgəsini tərk etdi
-
15:13
Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib
-
14:47
PSJ-də ciddi itki
-
14:00
II Liqa oyununda qonaqlar 8 qolla qalib gəldi VİDEO
-
13:34
Tağı-zadə və Əmiraslanlı WADA-nın beynəlxalq antidopinq konfransında iştirak ediblər
-
12:52
Matviyenko Azərbaycan millisinin məşqçisi təyin olunub
-
12:26
AFFA 6 klubu cərimələdi
-
12:15
"Neftçi" 26 min 200 manat cərimələndi
-
11:48
Nəbi İsgəndərov Dünya Kubokuna qələbə ilə başlayıb
-
11:31
"Fiorentina" qələbəni əldən verdi VİDEO
-
11:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:53
"Kristal Pelas" - "Vest Hem" matçında qalib aşkarlanmadı VİDEO
-
10:40
Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
-
10:27
"Şəmkir" 9 qolla uduzdu VİDEO
-
10:14
40 yaşında 14-cu dəfə ölkəsinin ən yaxşısı seçildi
-
09:52
"Dinamo" lideri büdrətməyə yaxın olsa da... VİDEO
-
19:34
"Neftçi" hakim məsələsində sona qədər getdi: "Bu kampaniyanı aparanlar məqsədlərinə nail olmayacaqlar"
-
18:59
Levandovski "Barselona"da qalır?
-
18:21
George Haci rəsmən Rumıniya millisində
-
17:42
Kenan Piriç: “Qaydaları başa düşmək üçün gərək ChatGPT-dən soruşaq”
-
17:13
Mövsümün ən yaxşı məşqçisi seçildi
-
16:36
Vüqar Həşimovun qardaşı Avropa Şahmat Birliyinin vitse-prezidenti ola bilər
-
16:00
Baş katibin “irəliləyişi” - Avropada ən zəif nəticə
-
15:27
İki güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəlib
-
14:58
Azərbaycan Kuboku: Yarımfinalın cavab oyunları üçün hakim təyinatları açıqlandı
22.04.2026
21.04.2026
20.04.2026





















.jpg)

