3 Noyabr 2026, Çərşənbə axşamı
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

FİFA-dan Azərbaycan millisinin futbolçusuna “yaşıl işıq” - EKSKLÜZİV

Milli komandamızın yarımmüdafiəçisi Coşqun Diniyevin Türkiyənin “Ümraniyespor” klubundan ayrılmasının detalları məlum olub.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, Türkiyə klubu həmyerlimizlə vidalaşmaq istəməyib. “Ümraniyespor” ötən mövsüm özünü yaxşı tərəfdən göstərən Diniyevi heyətində saxlamaq arzusunda olub. Lakin son 5 ayda maaş ala bilməməsi səbəbindən Coşqun klubdan getmək qərarına gəlib.

Həmyerlimizin menecerləri futbolçunun azad agent olması üçün əvvəlcə Türkiyə Futbol Federasiyasına, daha sonra isə FİFA-ya müraciət ediblər. Müraciətdə futbolçunun 5 ay maaş almaması göstərilib və sözləşməyə xitam verilməsi istənilib. Ali futbol qurumu sənədləri gözdən keçirdikdən sonra haqlı olaraq Coşqun Diniyevin xeyrinə qərar qəbul edib və futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, artıq azad agent olan millimizin yarımmüdafiəçisi digər klublarla danışıqlar apara bilər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30