11 Iyun 2026, Cümə axşamı
Amin Seydiyev “Zirə”yə keçdi
Millimiz FİFA reytinqində gerilədi
Pedro Bikalyo daha üç il "Qarabağ"da
"Zirə"də beş yeni müqavilə - RƏSMİ

Ölkə futbolu

“Qarabağ” Qətərdə 4 oyun keçirib

Qətər toplanışında olan “Qarabağ” akademiyasının komandaları yoldaşlıq oyunları keçiriblər.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, U-15 və U-17 “Aspire Academy Friendly Series” çərçivəsində matçlarda qüvvəsini sınayıb.
 
Təmsilçilərimiz “Aspire”nin müvafiq yaş qrupu üzrə komandaları ilə görüşüblər. U-17-nin qarşılaşmalarında Asiya təmsilçisi 2:0 və 4:2 hesabı ilə qalib gəlib. Komandanın heyətində qolları Elgün İsaqov və Həbib Qədimov vurublar.
 
U-15 ilk görüşdə heç-heçə edib. “Qarabağ”ın qoluna Onur Əliyev imza atıb. İkinci matçda Qətər kollektivi qalib gəlib – 2:1. “Qarabağ”ın heyətində Polad Hüseynov fərqlənib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30