7 Mart 2026, Şənbə
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”

Ölkə futbolu

II Liqanın medalçıları mükafatlandırıldı

Futbol üzrə Azərbaycan II Liqasında XXVI turun “Şəfa” - “Baku Sportinq” (0:4) görüşündən sonra mükafatlandırma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, çempionatda ikinci yeri tutan “Cəbrayıl”a gümüş medallar, üçüncü olan “Şahdağ Qusar”a isə bürünc medallar təqdim edilib.

Turnirin qalibi “Baku Sportinq” komandasına isə qızıl medallar və çempionluq kuboku təqdim edilib. Bir tur əvvəl çempionluğu təmin etmiş komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər. Ardınca “Baku Sportinq” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, “Baku Sportinq” komandası II Liqada 1-ci yeri tutaraq I Liqaya vəsiqə qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31