7 Mart 2026, Şənbə
"Sumqayıt" qələbəni əldən verdi
Millimiz Macarıstana qarşı
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər

Ölkə futbolu

"Kəpəz" iki antirekordunu təkrarladı

“Kəpəz” iki antirekordunu təkrarlayıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Gəncə təmsilçisi Azərbaycan çempionatlarında ən ağır ev məğlubiyyətlərindən birini alıb.
 
Adil Şükürovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın XXVIII turunda “Qarabağ”a 1:6 hesabı ilə uduzub. Qərblilər tarixində 3-cü dəfə ev matçında beş top fərqi ilə məğlub olub.
 
2006-cı il martın 25-də “Neftçi” “Kəpəz”in meydanında 5:0 hesablı qələbə qazanıb. 2017-ci il noyabrın 25-də “Qəbələ” səfərdən 6:1 hesablı qalibiyyətlə dönüb.
 
“Kəpəz” həm də tarixində ikinci dəfə ev oyununda 6 qol buraxmaqla bu antirekordunu da təkrarlayıb. “Qəbələ”dən sonra “Qarabağ” gəncəlilərin meydanında 6 qol vurub.
 
Qeyd edək ki, “Kəpəz” son ev matçını Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31