3 Sentyabr 2026, Cümə axşamı
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Ölkə futbolu

“Qarabağ” qızıl medalları bu tur təmin etsə, çempionluq kubokuna nə vaxt qovuşacaq?

PFL-dən AÇIQLAMA

“Qarabağ” sabah 2023/24 mövsümündə Azərbaycan Premyer Liqasında çempionluğunu rəsmiləşdirə bilər.

Futbolxeber.az saytının məlumatına görə, 28-ci tur çərçivəsində Ağdam klubu "Kəpəz"lə görüşdə 3 xal qazansa, sona 8 tur qalmış qızıl medalları təmin edəcək. Qurban Qurbanovun komandası “Kəpəz” üzərində qələbə qazanacağı halda xallarının sayını 69-a yüksəldəcək və tarixində 11-ci dəfə Azərbaycan çempionu olacaq.

Qeyd edək ki, 27 turdan sonra "Qarabağ"ın 66, ikinci və üçüncü yerlərdə qərarlaşan "Sabah"la "Neftçi"nin isə 40 xalı var.

Bəs sabah 11-ci dəfə qızıl medalları qazanacağı halda “Qarabağ”a çempionluq kuboku nə vaxt təqdim olunacaq: növbəti turda, yoxsa bunun üçün mövsümün sonunu gözləmək lazım gələcək?

Futbolxeber.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev məsələyə aydınlıq gətirib. O bildirib ki, birinciliyi vaxtından əvvəl hansı turda təmin etməsindən asılı olmayaraq, Ağdam klubu çempionluq kubokuna sonuncu ev oyununda qovuşacaq:  “Qarabağ” Azərbaycan Premyer Liqasının 28-ci turunda - “Kəpəz”lə oyunda qızıl medalı təmin etsə belə, çempionluq kubokunu sonuncu ev oyununda alacaq. Bu da Premyer Liqanın 35-ci turuna təsadüf edəcək. “Qarabağ” “Turan Tovuz”la mayın 19-dakı matçdan sonra mükafatlandırılacaq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30