Ölkə futbolu
Qurban Qurbanovdan qələbə şərhi
"Görünürdü ki, "Neftçi" çox ciddi hazırlaşıb. Çətin komandaya qarşı oynayırdıq. Bəlkə də, oyuna tam istədiyimiz kimi nəzarət edə bilmədik. Amma futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldikləri oyun haqqında danışarkən deyib.
O, matçdan sonra təşkil olunan mətbuat konfransında oyunun çox maraqlı keçdiyini söyləyib: "Hər iki komanda sürətli, dinamik oynadı. Rəqibə uğurlar arzulayıram. Azarkeşlər üçün çox maraqlı matç idi. Çox yaxşı ab-hava var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, komandaları dəstəklədilər, futbolçuların daim oyunun içində olmağına kömək oldular".
O, Avropa Liqasının 1/8 finalında "Bayer"lə matça da bugünkü heyətlə çıxıb-çıxmayacaqları haqda bunları deyib: "Çox ciddi dəyişiklik gözlənilmir. Qarşıda 3 gün var. Rəqibin oyununa baxaraq, analiz edərək, bəlkə 1-2 dəyişiklik etdik. Amma ciddi dəyişiklik gözlənilmir".
Mütəxəssis "Neftçi"nin görüşə ciddi hazırlaşmasına baxmayaraq, 1:4 hesabı ilə məğlub olmasını belə izah edib: "Son dəqiqələrdə 2 qol vurduq. Əks-hücumdan sonra oldu. "Neftçi" riskə getmişdi. Bu cür oyunlarda 2:1 və ya 3:1 hesabı bir o qədər fərq etmir. Çünki itirəcək bir şeyləri yox idi. Ona görə daha çox sayda futbolçu ilə irəli atılırdılar".
Q.Qurbanov "Ən yaxın izləyicinizlə xal fərqiniz artıq 23-dür. Qarşıdakı turlarda əvəzedici heyətin oyunçularını meydana buraxmağınız mümkündürmü?" sualını cavablandırıb: "İnanın ki, xal fərqi 23 olsa da, bu haqda heç nə düşünmürəm. Futbolçu öz ritmindən düşməli deyil. Görürsünüz ki, oyunçular tonusda qalsınlar deyə demək olar, bəzən iki heyətdə də dəyişiklik edirəm. Ona görə vaxt itirə bilmərəm ki, hansısa oyunçu oyun ritmindən düşsün. Perspektivli oyunçuların hamısı bizimlədirlər, məşq edirlər. Amma oyunları hələ fikirləşmirəm".
Baş məşqçi bu gün "Bayer"lə oyun üçün taktiki gedişlər sınadıqlarını da söyləyib: "Sınamaq imkanımız oldu, amma cüzi. Bəzi epizodlar var idi".
Q.Qurbanov "Neftçi" azarkeşlərinin onu alqışlamasına da toxunub: "Təşəkkür edirəm. Biz azərbaycanlıyıq. Mənim həmişə "Neftçi"yə hörmətim olub. Bu komandada olmasaq da, "Neftçi"nin uğurlarını həmişə istəmişik. Onlara uğurlar arzulayıram, hər birinə təşəkkür edirəm".
Mütəxəssis "Qarabağ" ən yaxın izləyicisindən 23 xal öndədir. Bu uçurumun səbəbini nə ilə əsaslandırardınız?" sualına bu cür cavab verib: "Turnir cədvəlindəki duruma uçurum kimi baxmayaq. Əksinə, bu məsələyə komplekt olunmuş komanda kimi baxaq. Ola bilər ki, bizim oyunlarımız daha uğurlu keçdi, nəinki rəqiblərin. Biz bütün oyunlara ciddi hazırlaşacağıq. Məsələyə uçurum kimi baxsaq, bu, bizə zərər verər. Elə oyunlarımız olub ki, çox gərgin keçib, son dəqiqələrdə qol vurmuşuq. Sadəcə, ola bilər ki, ustalıq keyfiyyətləri önə çıxıb. Amma çempionatımız asan deyil, gərgin keçir. Hər bir komanda digərinə qarşı düzgün, dinamik oyun oynaya bilirlər. Qətiyyən də uçurum kimi baxmırıq".
O, futbolçusu Leandro Andradenin performansı ilə əlaqədar "Sanki qışdan sonra eniş var" fikrinə münasibət bildirib: "Ola bilər. Amma bəzən biz futbolçunu tam idman formasında saxlaya bilmirik. Bəzən görürsən ki, oyun praktikası çatmır. Andrade elə oyunçudur ki, daha çox oynaması lazımdır. Onun potensialı yüksəkdir. Razıyam ki, daha yaxşı oynaya bilər. Gözləyirik, tələb edirik və inanırıq da".
Baş məşqçi daha əvvəl "Bayer"lə ev oyununu Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırıb-planlaşdırmadıqları haqda da danışıb: "Bizim azarkeşlər, elə sizlər də, Tofiq Bərahmov adına Respublika Stadionuna öyrəşib. Ora bir az fərqlidir. Bir oyun üçün başqa stadiona getmək, futbolçuda diskomfort yarada bilər. "Tofiq Bəhramov"da sanki hamı evin içində olur, daha inamlı hiss edirlər özlərini. Çünki ilboyu orada daha çox oyun oynayıblar. Bu, üstünlük ola bilər. Amma 30-35 min azarkeşlər elə 68-70 min kimidirlər”.
Q.Qurbanov komandasının son oyunlarda daha çox 2-ci hissədə qollar vurmasına da toxunub: "Bu, oyunun gedişatına görədir. Elə olub ki, ilk yarıda da 3-4 qol vurmuşuq. İlk dəqiqələrdə, ilk hissədə futbolçu daha aktiv, intizamlı olur. İkinci yarıda hansısa komandaya qalibiyyət lazımdırsa, oyun açılır, daha çox qol epizodu yaranır. Yəqin ki, bundan daha yaxşı istifadə edirik".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
17.10.2026
16.10.2026
15.10.2026
























