2 Mart 2026, Bazar ertəsi
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

Ayxan Abbasovdan hakimlərə etiraz: "Çıxaq gedək? 5 dəqiqə VAR-a baxmaq olar?"

Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində “Turan Tovuz” səfərdə “Zirə” ilə qarşılaşır.

Futbolxeber.az saytının məlumatına görə, matçın 11-ci dəqiqəsində qonaqlar Belajdi Pusinin qolu ilə hesabda önə keçiblər. Lakin matçın baş hakimi Rəvan Həmzəzadə qolun qeydə alınması üçün VAR-dan cavab gözləyib. VAR-ın qərarının yubanması “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun narazılığına səbəb olub. O, qarşılaşmanın dördüncü hakimi İnqilab Məmmədova üzünü tutaraq “Çıxaq gedək? 5 dəqiqə VAR-a baxmaq olar?” deyə sərt şəkildə etirazını bildirib.

Qeyd edək ki, uzun gözləmədən sonra hakimlər qolu qeydə alıblar.

Əlavə edək ki, “Zirə” - “Turan Tovuz” matçında VAR hakimi Tural Qurbanov, AVAR-da isə Nicat İsmayıllıdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31