3 Mart 2026, Çərşənbə axşamı
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

AFFA UEFA-nın dəstəyi ilə seminar keçirir

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə “Self Evaluation Workshops” seminarına start verilib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, seminarın açılış mərasimində Bakıda səfərdə olan UEFA nümayəndələri – Helen Croft, Jeff Davis və Diana Bulgaru AFFA-nın Baş katibi Sərxan Hacıyevlə görüşüb. Görüş zamanı Azərbaycanda kütləvi futbolun mövcud vəziyyəti barədə müvafiq müzakirələr aparılıb.

Daha sonra UEFA nümayəndələrinin başçılığı ilə AFFA-nın müvafiq bölmələrinin əməkdaşları ilə seminar keçirilib. Seminarın ilk günündə “Futbolda Sosial Məsuliyyət”, “Aşağı yaş qruplarında oyun formaları”, “Futzalın kütləvi futbolda rolu” və digər mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, seminar ümumilikdə 3 gün davam edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31