19 Iyul 2026, Bazar günü
Millimiz üçün yeni rəqib tapıldı
"Qarabağ" səfərdə də qalib gəldi
"Zirə" növbəti mərhələyə yüksəldi
"Qəbələ" "Kəpəz"ə qalib gəldi

Ölkə futbolu

“Sumqayıt”ın müdafiəçisi Antalya toplanışını dəyərləndirdi

“Hazırlıqlarımı yaxşı keçir. Şükürlər olsun ki, heyətdə zədəli futbolçumuz yoxdur”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Antalya toplanışını dəyərləndirən 29 yaşlı müdafiəçi çempionatın  XIX turunda “Qəbələ”yə qarşı keçirəcəkləri oyuna hazır olacaqlarını bildirib:

“Uşaqlar maksimum çalışır. Bu təlim-məşq toplanışının bizə faydalı olacağına inanıram. Düzdür, yükləmələr çox oldu. Lakin bu, normaldır. İlk yoxlama matçımızı da yükləmələr altında oynadıq. Uduzsaq da, qarşılaşmanın bizə xeyri dəyəcək. Çempionatın XIX turunun “Qəbələ” ilə oyununa hazırlaşırıq. İnanıram ki, yaxşı olacaq. Hazırlıq prosesinin bitməsinə 2 gün qalıb. Əlimizdən gələni edirik ki, çempionata hazır olaq”.

 

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31