Ölkə futbolu
Anatoli Nuriyev: “Klubumu dəyişmək barədə düşünmürəm”
“Çətin oyun alındı. Yaxşı ki, erkən qollar vurduq. Bu, işimizə çox yaradı”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Anatoli Nuriyev Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, rəqib haqda müsbət fikirlər səsləndirib: “Ardıcıl 2 qol vurduqdan sonra qalan dəqiqələrdə oyun bizim üçün yaxşı keçdi. “Kəpəz” pis komanda deyil. Hazırda turnir cədvəlində aşağı pillədə qərarlaşsalar da, heç də pis futbol sərgiləmirlər. Odur ki, nəticədən məmnunuq”.
“Demək olar ki, “Sabah”a artıq özünə gəlir?” sualını Nuriyev belə cavablandırıb: “Ümid edirəm ki, bu qələbənin bizə çox faydası olacaq. Daha da inkişaf etməli, turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmalıyıq. Yüksək yerlər uğrunda mübarizə aparırıq. Ona görə də üst pillələrə can atırıq”.
27 yaşlı futbolçu ikinci dövrənin sonuna qədər maksimum xal qazanmaq istədiklərini bildirib: “Qış fasiləsinə qədər çempionatda 3 oyunumuz qalıb. Hər 3 görüşdə qələbə qazanmalıyıq. Düzdür, bu, heç də asan olmayacaq. Çünki çempionatda hazırda heç bir oyun asan keçmir. Amma yenə də əlimizdən gələni edəcəyik ki, xal itkisinə yol verməyək. Eləcə də “Kəpəz”lə bizi kubok oyunu gözləyir. O matç da çətin olacaq. Lakin inanıram ki, kubokda 1/8 finalı uğurla adlayacağıq”.
“Sabah”ın üzvü son zamanlar əsas heyətdən kənarda qalmasına da toxunub: “Bu, baş məşqçinin qərarıdır. Mən də bu qərara hörmətlə yanaşmalıyam. Son zamanlar əsas heyətdə daim yer almasam da, məşqlərimi edirəm, tam gücümlə çalışıram. “Kəpəz”lə görüşdə şans qazandım və qol vurdum. Ümid edirəm ki, bu, yenidən əsas heyət üzvünə çevrilməyimdə rol oynayacaq”.
İlk “11-lik”də daim yer almasa da, A.Nuriyev klubunu dəyişmək barədə düşünmür: “Mənim klubla hələ ilyarımlıq müqaviləm var. Ona görə də klubumu dəyişmək barədə, yaxud icarəyə verilmək haqda düşünmürəm. Dediyim kimi, mən üzərimə düşəni edirəm, əlimdən gələni edirəm ki, meydanda daha çox vaxt keçirim”.
Sonda o, sabiq klubu “Sumqayıt”a qayıdacağı barədə yayılan xəbərləri təkzib edib: “Belə bir şey yoxdur”.
Fərəc ASLANOV, Tovuz
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
-
11:05
"Bavariya"dan xal itkisi VİDEO
-
10:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
“Artıq şərhə ehtiyac duymuram, “Neftçi”nin mətbuat xidməti lazımi açıqlamanı vermişdi”
-
09:54
"Roma"dan əzmkar qələbə VİDEO
-
09:31
Rüfət oynadı, komandası xalsız qaldı
-
09:17
"İnter"dən möhtəşəm geridönüş VİDEO
-
09:00
“Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
-
23:59
İstanbul derbisini "Beşiktaş" qazandı VİDEO
-
23:42
Şeydayev oynadı, “Soçi” uduzdu
-
23:34
"Neftçi" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:18
Yuri Vernidub: “Qarşıda hələ çox işimiz var”
-
22:26
"Neftçi” liderliyə yüksəldi
-
22:00
Nuriyevin komandası səfərdə sevindi
-
21:11
Rəşad Sadıqov: “0:2-dən sonra oynamaq çətin idi”
-
20:43
Nərimanın komandası qalib gəldi
-
18:25
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
-
18:09
"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında 1/4 finala yüksəlib
-
17:32
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb
-
16:14
Basketbol Federasiyası Milan Kotaraçla əməkdaşlığa xitam verib
-
14:58
Mahir Məmmədov Ümumdünya Şahmat Olimpiadası öncəsi Azərbaycan millisinin üzvləri ilə görüşüb
-
13:41
Qubada beynəlxalq şahmat festivalına start verilib
-
13:00
PSJ-də 5 yeni müqavilə
-
12:36
Gəncə şəhər stadionunda anşlaq
-
11:53
PSJ öz meydanında uduzdu VİDEO
-
11:15
“Kəpəz”in bir atımlıq barıtı, Bağırovun master-klassı və “Qəbələ”nin oyanışı
-
10:49
İsak "Liverpul"a qələbə qazandırdı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:08
“Real”ın mövsümdəki ilk məğlubiyyəti VİDEO
-
09:54
ÇL: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
09:31
Zamiq oynadı, komandası qalib gəldi
-
09:17
“Qalatasaray”dan çətin qələbə VİDEO
-
23:56
"Neftçi" "Şəfa" ilə oyuna hazırdır FOTOLENT
-
23:34
Andrade “Polesye”də qol hesabını açdı
-
23:18
"Şamaxı" "Kəpəz"ə dərs keçdi VİDEO
-
22:47
Azər Bağırovdan qələbə şərhi: “Qolları vaxtında vura bildik”
-
22:22
"Qəbələ"nin qələbəsi VİDEO
-
22:05
"Qəbələ" və "Şamaxı"dan qələbə
-
21:33
Amil Ağacanov: “Yaradılan fürsətlərdən istifadə edə bilmirdik”
-
20:11
I Liqada ilk tura yekun vuruldu
-
19:49
“Kəpəz” - “Şamaxı”: Heyətlər müəyyənləşdi
-
18:20
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
-
17:36
Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
-
17:14
Cüdoçularımız Avropa çempionatının ikinci yarış gününü mükafatsız başa vurublar
-
16:48
"Qəbələ" - "İmişli" : Heyətlər açıqlandı
-
15:57
Kadet boksçular arasında Azərbaycan kubokunun qalibləri müəyyənləşib
-
15:32
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti açıqlandı
-
15:00
İstanbul derbisi ona tapşırıldı
-
14:43
"Xankəndi"dən yeni transfer
-
14:25
Füzuli Məmmədov: “İlk oyununda qələbə psixoloji cəhətdən olduqca vacibdir”
-
13:51
Sabir Zeynalov Muju Qran-prisinin qalibi olub
06.09.2026
05.09.2026
04.09.2026
























