Ölkə futbolu
Bəhlul Mustafazadə: “Sırf legioner olum deyə, xaricə getməyi düzgün hesab etmirəm”
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin Futbolxeber.az saytına müsahibəsi
“TƏƏSSÜF Kİ, ÇEMPİONAT OYUNLARINA ÇOX AZARKEŞ GƏLMİR"
- Azərbaycan Premyer Liqasının XIII turunda “Səbail” üzərində 3:1 hesablı qələbə qazandız. Görüşlə bağlı fikirlərin necədir?
- Oyun gözlədiyimiz kimi çətin keçdi. “Səbail” kifayət qədər yaxşı rəqibdir. Yığdıqları xallarla da bunu sübut edirlər. Bizi çətin oyununu gözlədiyini bilirdik. Xoşbəxtik ki, meydandan üç xalla ayrıla bildik.
- Sanki “Səbail” ilk hissədə sizə müqavimət göstərə bilmədi...
- Belə deməzdim. Onların da birinci hissədə kifayət qədər təhlükəli hücumları oldu. Buna baxmayaraq, qol buraxmadan ilk yarıda iki qol vurduq. Davamını ikinci hissədə gətirdik və qalib gəldik.
- “Bayer Leverkuzen”lə ağır oyundan sonra əsas heyət meydana çıxmışdı. Adətən baş məşqçi avrokubok oyunundan sonra aparıcı futbolçulara istirahət verir. Budəfəki fərqli qərarın səbəbi nədir: “Bayer Leverkuzen”ə məğlubiyyət, yoxsa “Səbail”lə oyunda xal itkisi yaşanmaq ehtimalı?
- Açığı, bu sualın dəqiq cavabını mən deyə bilmərəm. Baş məşqçi kimi uyğun görürsə, meydana buraxır. Oyuna kim çıxırsa, maksimumunu göstərib, komanda üçün əlindən gələni etməyə çalışır. “Səbail”lə görüşdə də bizi meydana buraxdı, biz də çalışdıq ki, qalib gələk.
- “Bayer Leverkuzen”lə matçda stadionda ajiotaj yaşanırdı. “Səbail”lə matçda isə boş tribunalar var idi. Belə vəziyyətdə oyuna köklənmək nə dərəcədə çətindir?
- Əlbəttə ki, bu məqam bizə də təsir edir. “Bayer Leverkuzen”lə oyun üçün stadiona gələndə matçın başlamasına xeyli vaxt qalsa da, artıq stadionun yarısı dolmuşdu. Bu, futbolçular üçün əlavə motivasiyadır. Futbolçu dolu tribuna qarşısında oynamaqdan zövq alır. Açığı, bilmirəm nə deyim. Təəssüf ki, çempionat matçlarına çox azarkeş gəlmir. Deyəcəyim bir şey yoxdur. Könül istərdi ki, daha çox azarkeş olsun və onların qarşısında oynayaq.
“QRUPDAN ÇIXMAQ ÜÇÜN ŞANSIMIZ ÖZ ƏLİMİZDƏDİR”
- 13 tur keçsə də, “Qarabağ” hələ də lider deyil. Bu, çempionatda rəqabətin artmasını göstərir, yoxsa komanda avrokuboklardadır deyə, çempionata tam köklənməyib?
- Çempionat bu mövsüm çox gərgin keçir. Hər bir komanda digərinə qalib gələ, xal ala bilir. Biz “Araz-Naxçıvan”a məğlub olduq. “Kəpəz”i 7 qolla üstələdik, onlar isə “Araz-Naxçıvan”a qalib gəldilər. Çempionatda komandaların səviyyəsi artıb, hər kəs digərindən xal alıb, futbol oynaya, rəqibinə təhlükə yarada bilir.
- Avropa Liqasındakı şanslarınızı necə dəyərləndirirsən?
- Hər şey öz əlimizdədir. Qarşıdakı iki oyunda maksimum nəticə qazanaraq qrupdan çıxmağı hədəfləyirik.
- Belə götürəndə “Mölde” ilə görüşdə “Qarabağ”ı heç-heçə də qane edir. Bu məqam komandanın ziyanına işləməz?
- Qələbəyə oynasaq, bizim üçün daha yaxşı olar. Çünki keçmişdə də bəzi oyunlar olub ki, bizə heç-heçə sərf edirdi, amma yekunda uduzmuşuq. Ona görə də, qarşıdakı iki oyunda da qələbə qazanmağı maksimum hədəf götürəcəyik.
“QƏBUL EDİRƏM Kİ, MİLLİDƏ VƏZİYYƏT O QƏDƏR DƏ ÜRƏKAÇAN DEYİL”
- Milli komandamız qarşıdakı iki oyununu Belçika və İsveçə qarşı keçirəcək. Bu oyunlardan nə gözləmək olar?
- Hər ikisi çətin rəqibdir. Bunu hamı qəbul edir. Lakin meydanda əlimizi-qolumuzu sallamayacağıq. Çalışacağıq ki, xal və xallar qazanaq.
- “Qarabağ” avrokuboklarda uğurlu çıxış edir, millidə heç vaxt olmadığı qədər legioner oyunçularımız var. Amma millidə bunun heç bir təsirini görmürük, komanda yerində sayır. Səncə, problem nədədir?
- Bunu cavablamaq mənim üçün çətindir. Çünki mən futbol funksioneri deyiləm, işim futbol oynamaqdır. Bir tərəfdən də fikirləşirəm ki, daha çox və daha səviyyəli çempionatlarda oynayan oyunçularımızın sayı çox olsa, bəlkə daha fərqli olar. Bilmirəm. Amma qəbul edirəm ki, vəziyyət o qədər də ürəkaçan deyil və milli olaraq vəziyyəti daha da yaxşılaşdırmalıyıq.
- Səni nə vaxt xaricdə görəcəyik?
- Bunu demək çətindir. Təklif olmalıdır ki, gedə bilim. Olmayandan sonra nəsə danışmağım doğru deyil. Amma əlbəttə ki, özümü legioner həyatı yaşamağa hazır hesab edirəm. Problem görmürəm. Dil, yaxud ölkədən kənarda qalmaq baxımından çətinliyim yoxdur. Sadəcə hər şey təkliflərdən asılıdır.
- Təklif ümumiyyətlə yoxdur, yoxsa aldığın təkliflər ürəyincə deyil deyə daha yaxşısını gözləyirsən?
- Sırf legioner olum deyə, getməyi düzgün hesab etmirəm. Daha keyfiyyətli, güclü çempionatda mübarizə aparan komandalardan təklif olarsa, o zaman getmək daha məqsədəuyğundur.
“BU LİQANI YARATMAQ YAXŞI FİKİR İDİ”
- Atanın baş məşqçisi olduğu “Kür-Araz”ın oyunlarına tez-tez gedirsən. Maraqlıdır, komanda haqda nələr danışırsız?
- Maksimum şəkildə bu komandanın oyunları izləməyə çalışıram. Bu liqanı yaratmaq yaxşı fikir idi. Matçlar da kifayət qədər maraqlı keçir. O oyunlara baxdığım zaman zövq alıram. İlk turlarla müqayisədə indi bütün komandalarda inkişaf hiss olunur. Həm taktiki, həm texniki baxımından. Bu liqanı dəstəkləyirəm. Açığı, bu çempionatı izləmək mənim üçün çox xoşdur.
- Komandanın perspektivini necə görürsən?
- Maddi şərtlər önəmlidir. Bilirəm ki, hazırda bu baxımdan vəziyyət ideal deyil. Buna baxmayaraq, komanda yaxşı irəliləyir. Bir oyunda isə texniki məğlubiyyət oldu. Bunlara baxmayaraq, komanda heç də pis təsir bağışlamır. İnanıram ki, zaman keçdikcə daha yaxşı olacaq.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026
























