Ölkə futbolu
Rəşad Sadıqov: "Bu 3 ildə hakimlikdən ən çoz əziyyət çəkən bizik"
"Gözlədiyimizdən də çətin sonluq oldu. Qola qədər oyun daha çox bizim nəzarətimizdə keçirdi. Penaltidən fərqləndik. Ondan sonra tədricən "Qəbələ" üstünlüyü ələ keçirdi. Sonda rəqib böyük qüvvə ilə irəli atıldı. Hesabın həyəcanı futbolçuların çox müdafiədə oturmağa vadar etdi. Ancaq böyük təzyiq altında qol buraxmadan vacib üç xal qazandıq. "Qəbələ" ilə oyunlarımız həmişə ağır keçir. Aramızda keçən növbəti gərgin və maraqlı oyunlardan biri oldu".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIII turunda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, futbolçularından müdafiə olunmağı tələb etmədiyini bildirib: "Kənardan çox müdaxilələr etdik ki, çox müdafiəyə oturmayaq. Oyunu necə başlamışdıqsa, elə də davam etmək istəyirdik. Ancaq rəqib riskə getdi. Dəyişikliklərdən sonra da böyük qüvvə ilə irəli atıldı. Təhlükəli epizodlar olurdu, amma birində Lukoviç topu boş qapıdan çıxardı. Boşluqlar deməzdim, sadəcə rəqib riskə gedirdi. Bu dəqiqələrdə ya rəqibin boşluqlarından istifadə edib qol vurmalısan, ya da vaxt keçdikcə rəqibin hesabı bərabərləşdirmək şansı artır. Çünki gərginlik olur. Komanda üzərində basqı var və bu da nəticələrlə bağlıdır. Bu gün oyunda onu açıq-aşkar hiss edirdim. Hətta köməkçi məşqçilərimə bildirdim ki, birinci sırada olmaq komanda üzərində müəyyən basqı yaradır. Futbolçular 1:0-dan sonra sanki qorxub nəticəni qorumağa çalışdılar. Ancaq oyundan öncə və təhlillərdə də deyirik ki, üstünüksə, müdafiədə oturmağın mənası yoxdur. Bu, zərərdən başqa bir şey deyil. Lakin yenə də, müdafiəyə oturdular və amansızca mübarizə apardılar. Xoş sözlərə layiq mübarizə idi".
Həmkarından fərqli olaraq Rəşad Sadıqov hakimlərin idarəçiliyindən narazılıq etməyib: "Elmar Baxşıyev çox sevdiyim məşqçilərdən və dostlarımızdandır. Onun son illərdə gördüyü işlər təqdirəlayiqdir. Təbii ki, ola bilsin isti-isti emosional fikir bildirib. Hansısa konkret epizodla bağlı fikir olsaydı, biz də baxdıqdan sonra nəsə fikir bildirə bilərik. Penalti haqdadırsa, ilk baxışdan belə olduğu göründü. Həmkarımın fikrini çox şərh etmək istəmirəm. Mən razı qaldım və ya razı qalmadım, dəyişən bir şey yoxdur. Yeri də gəlsə, bu üç ildə hakimlikdən ən çox əziyyət çəkən komanda bizik. Həlledici səhvlər həlledici məqamlarda olub. Bizə deyəndə ki, hakim səhvi ilə "Zirə" qalib gəldi, adama ağır gəlir. Mətbuat konfransları elədir ki, isti-isti danışırsan, hər şeyi dərin təhlil etmədən. Sakit formada da eyni fikirdə qalanda, nəyisə müzakirə etmək olar".
O, "Qarabağ"la matçın Xankəndidə keçiriləcəyi haqda yayılan xəbərlər barədə məlumatsız olduğunu söyləyib: "Bizim də konkret məlumatımız yoxdur. Mətbuatdan eşitmişik. Əgər olsa, biz də sevə-sevə, Xankəndidə şərəflə oynayarıq. Məncə, hər kəs istəyər ki, "Qarabağ"la Xankəndidə oynasın".
Sadıqov heyətlə bağlı problem yaşadıqlarını vurğulayıb: "Bizim də, "Qəbələ"nin də heyətində ciddi problemlər var idi. Rəqibin 3-4 aparıcı futbolçusu çıxış etmirdi. Amma bu gün heyətlə bağlı şikayət edə bilmərəm. Çünki bu gün heyətimiz "Qəbələ"dən daha geniş idi. Amma ümumən zədəlilərimiz çoxdur, zədədən dönənlər də az deyil. Altı futbolçumuzun üç sarı vərəqəsi var. Qırmızı alan biz, çempionat bitdikdən sonra videotəkrarla cəzalanan biz, altı futbolçusunun üçünün sarı vərəqəsi olan biz... Qəbələdəki oyunda 100 faizli penaltimiz var idi. Bir çox mütəxəssis də bunu penalti kimi görürdü. Pyer Zebliyə olmayan qırmızı vərəqə verildi. Hakimlikdən çox danışmaq istəmirəm. Bu mövsüm hakimlərimizdə açıq-aşkar irəliləyiş var. Amma mənə qarşı yenə səhvlər olub. Həmişə ümumi, "Zirə"nin baş məşqçisi kimi yox, Rəşad Sadıqov kimi danışmağa çalışıram. Bu mövsüm hakimlərdə irəliləyiş var. Bəlkə də, səhvlər olub. Ancaq əvvəlki illərdə hər oyunda ciddi səhvlərlə qarşılaşırdıq. Bu günkü matça hakimin təsirinin olduğunu düşünmürəm".
O, Filipe Paxtmanın hazırkı durumundan da söz açıb: "Zədədən sonra bərpa olub. 0:0 olanda meydana buraxmaq istəyirdik. Sonradan qol vurduq. Paxtman 35-40 dəqiqə oynamağa hazır deyildi. Qol vurduq deyə, onu saxladıq, başqa dəyişikliklər etdik. Hələ ki, orqanizmi 2-3 oyun ardıcıl əsas heyətdə oynamağa imkan vermir. Yəqin ki, onunla bağlı təmkinli olacağıq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
19.10.2026
18.10.2026
17.10.2026
























