Ölkə futbolu
Ayxan Quseynov: “Azarkeşləri sevindirməyi çox istəyirik və bu, bizi “yandırır”
“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Quseynovun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah”a 2:3 hesabı ilə uduzduz. Bu matçda xal qazanmaq üçün nə çatmadı?
- Məncə, konsentrasiyamız çatmadı. Oyuna çox pis başladıq. Kollektiv şəkildə səhvlərə yol verdik. Halbuki daha diqqətli olmalıydıq. Sonradan bir qədər toparlandıq. Təəssüf ki, yaxaladığımız şansları dəyərləndirə bilmədik. Nə qədər çalışsaq da, üçüncü qolu vura bilmədik.
- Hesab 2:2 olduqdan sonra hər kəs “Tura Tovuz”dan üçüncü qolu gözləyirdi, lakin fərqlənən yenə rəqib oldu...
- Bəli, hesab 2:2 olduqdan sonra ümidləndik. Təəssüf ki, yenə də səhvlərimiz oldu. İkinci yarıda xeyli qol şanslarımız var idi. Mən özüm də fərqlənən bilərdim. Ancaq alınmadı. Yaxaladığım şansı qaçırdığım üçün də, uduzduğumuz üçün də çox məyusam.
- Kifayət qədər məhsuldar oynayırsız, qol sayında “Turan Tovuz” yalnız “Qarabağ”dan geri qalır. Lakin eyni zamanda da çox qol buraxırsız. Bunu nə ilə əlaqələndirmək olar?
- Bunun səbəbini dəqiq deyə bilmərəm. Oyunlara çox ciddi hazırlaşırıq. Əvvəki matçların təhlilləri aparılır, səhvlərimizi görürük. Çalışırıq ki, onları təkrarlamayaq. Lakin yenə də nəsə çatışmır.
- Evlə müqayisədə səfər matçlarında daha inamlı çıxış edirsiz. Bunu Tovuz şəhər stadionunun qazonunun süni olması ilə əlaqələndirənlərə qatılırsız?
- Ola bilər. Amma hər şeyi qazonun üzərinə atmaq da istəməzdim. Doğma divarlar arasında qalib gəlməyi həddindən çox arzulayırıq. Azarkeşləri sevindirməyi çox istəyirik və bu, bizi “yandırır”. İstək normadan da çoxdur. Halbuki matçlara soyuq başla yanaşmalıyıq.
- Belə başa düşdüm ki, fanatların dəstəyindən razısız.
- Əlbəttə, onlara minnətdarıq. Hər zaman bizə möhtəşəm dəstək verirlər. Biz də onları sevindirməyi çox istəyirik. Təəssüf ki, bəzən alınmır.
- Yeri gəlmişkən, azarkeşlər bugünkü (söhbət dünən olub-red.) hakimlikdən narazı idilər. Onların fikrinə qatılırsız?
- Hakimlik barədə çox şey demək olar. Bəzi mübahisəli epizodlarda bizi razı salmayan qərarlar verdi. Amma həmin anda soyuq başla düşünə bilmirsən. Ona görə də dəqiq nəsə demək olmaz. Təkrara baxmaq lazımdır. Azarkeşləri də anlayıram. Komanda uduzanda onlar da çılğın olurlar və əleyhimizə verilən hər qərara etiraz edirlər.
- Milli komandaların oyunları ilə əlaqədar qarşıdan fasilə gəlir. İki həftəlik məcburi istirahət “Turan Tovuz”un xeyrinə olacaq, yoxsa ziyanına?
- Adətən bu cür fasilələr xeyrimizə olur. Daha ciddi hazırlaşacağıq. Məşqlərdə buraxdığımız səhvlər üzərində işləyəcəyik. İnanıram ki, bu dəfə də fasilə müddətinin bizə xeyri olacaq.
- Qarşıdan “Qəbələ” ilə səfər oyunu gəlir.
- Həmin görüşə çox ciddi hazırlaşacağıq. Səfərdən mütləq 3 xalla qayıtmalıyıq. Rəqib turnir cədvəlində aşağıda olsa da, heç də zəif deyil. Ona görə də bizi çox ciddi qarşılaşma gözləyir.
- Artıq ikinci mövsümdür “Turan Tovuz”dasız. Ötən illə müqayisədə çempionatda rəqabətin artdığı nə qədər hiss olunur?
- Həqiqətən də cari mövsüm çox çətindir. 3-8-ci yerləri tutan komandalar arasında xal fərqi çox deyil. Hər turdan sonra vəziyyət tez-tez dəyişir. Oyunların hamısı gərgin, maraqlı keçir. Bu da azarkeşlərin ürəyincədir. Belə gedişat mənim də xoşuma gəlir. Rəqabətin olması çox yaxşıdır.
- “Turan Tovuz”un cari mövsümdəki məqsədi nədir?
- Komanda olaraq daha yaxşı vəziyyətə gəlmək, inkişaf etmək istəyirik. Yüksək yerlər uğrunda mübarizə aparırıq. Mövsümün sonunda nə olacağını isə biryerdə görəcəyik.
- Yəni ki, qarşınıza 100 faizli hansısa məqsəd qoyulmayıb?
- Xeyr. İnkişaf etmək, irəli getmək istəyirik. Hər oyuna da qələbə üçün çıxırıq. Amma desəm ki, rəhbərlik qarşımıza mütləq avrokuboklara vəqisə qazanmaq tapşırığı qoyub, bu, doğru olmaz.
İbrahim CƏFƏROV, Tovuz
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- “Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
- DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
21:18
Kaxaber Sxadadze: "Heyətin gücləndirilməsinə ehtiyac var"
-
20:05
“Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi
-
19:32
“Neftçi”nin 2026/27 mövsümünün üçüncü oyun dəsti - “Bakı” FOTOLENT
-
16:29
“Səbail” qapıçı transfer etdi
-
15:47
Azərbaycanlı hakim Çempionlar Liqasının 2 oyununda
-
14:51
“Şahdağ Qusar”ın hazırlıq planı müəyyənləşib
-
13:36
Rəşad Nəbiyev Qusarda təlim-məşq toplanışı keçən cüdoçularla görüşüb
-
12:13
"Səbail"dən növbəti transfer
-
10:24
Mbappe dünya çempionatları tarixinin bombardiri oldu
-
10:00
Fransa - İngiltərə matçında 10 qol VİDEO
-
23:30
Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
-
23:19
Duran “Seltik”i məğlubiyyətdən xilas etdi
-
22:22
"Neftçi"nin bugünkü açıq məşqi FOTOLENT
-
22:06
“Şamaxı” portuqaliyalı yarımmüdafiəçi ilə gücləndi
-
21:48
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi
-
20:31
“Şahdağ Qusar”dan növbəti transfer
-
19:55
Cenk Sümer: “Qarşımıza çempionluq hədəfi qoymuşuq”
-
18:44
Yuri Vernidub: “Dinamo”nu keçək, sonra digər rəqiblər haqda düşünərik”
-
17:17
“Karvan-Yevlax”dan yeni transfer
-
16:23
"Neftçi" - "Dinamo" oyununun biletləri satışda
-
15:59
"Payde" - "Zirə" oyunun da hakimləri məlum oldu
-
15:32
“Qarabağ” - ÇSKA oyununun biletləri satışa çıxarıldı
-
15:00
Mahir Emreli Polşaya qayıdır - yeni klubu məlumdur
-
14:26
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
13:48
"Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri açıqlandı
-
13:11
“Neftçi” - “Dinamo” oyununun hakimləri müəyyənləşdi
-
12:55
“Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
-
12:34
Avropa çempionatı: Çimərlik futbolu millimiz pley-offda
-
12:07
“Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
-
11:43
Asim Xudiyev UEFA-dan yeni təyinat alıb
-
10:29
Konfrans Liqası: “Zirə” və “Neftçi”ni 3-cü mərhələdə gözləyən mümkün rəqiblər
-
10:16
“İmişli”dən ayrılan legioner “Səbail”də
-
09:52
Mahirin yoxluğunda “Kayzerslautern” uduzdu
-
09:30
Basketbol millimiz İsveçrəni məğlub edib
-
23:17
“Səbail” Yakubu qarşısında bütün öhdəliklərini yerinə yetirib - AÇIQLAMA
-
22:55
Güləşçimiz reytinq turnirində bürünc medal qazanıb
-
22:28
“Qarabağ” - ÇSKA matçının biletləri satışa çıxır
-
21:43
"Şəfa" "İmişli" ilə bərabərə qaldı
-
20:04
"Turan Tovuz" İran millisi ilə heç-heçə etdi
-
19:39
"Sumqayıt" daha bir legionerlə vidalaşdı
-
17:52
Kresponun yeni klubu müəyyənləşdi
-
17:16
“Neftçi”nin Konfrans Liqası matçının biletləri mövsümlük bilet sahibləri üçün satışa çıxdı
-
17:00
“Şəfa” ev oyunlarını Sumqayıtda, “İmişli” isə Yevlaxda keçirəcək
-
16:47
Balıq ovu festivalı keçirilib FOTOLENT
-
16:38
Elgiz Abbasov: “Dünya çempionatındakı bəzi yeniliklər Premyer Liqamızda tətbiq olunacaq”
-
16:21
Süni işıqlandırması olmayan stadionlarda Premyer Liqa oyunları keçirilməyəcək
-
16:09
Mövsümün ilk “Qarabağ” - “Neftçi” derbisi neçənci turda keçiriləcək?
-
15:54
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
-
15:33
Avroliqa: “Qarabağ”ın III mərhələdəki mümkün rəqibləri
-
15:15
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıld;
19.07.2026
18.07.2026
17.07.2026























