7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

"Araz-Naxçıvan" üçün yubiley

Azərbaycan Premyer Liqasının VIII turu “Araz-Naxçıvan” üçün əlamətdar olub.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Muxtar Respublika təmsilçisi ölkə çempionatının yüksək dəstəsində 50-ci matçını keçirib.
 
Bu, “Zirə” ilə ev qarşılaşmasına təsadüf edib. Minimal hesabla (1:0) qələbə qazanan meydan sahibləri yubileydə 3 xala seviniblər.
 
2000/2001 və 2001/2002 mövsümlərində də elitada çıxış edən “Araz-Naxçıvan” çempionatda 3-cü dəfə mübarizə aparır. 2014/15 mövsümündə Premyer Liqada yarışa başlayan komanda mübarizəni erkən dayandırdığı üçün həmin nəticələr ləğv edilib.
 
50 qarşılaşmada 14 qələbə və 9 heç-heçəsi olan naxçıvanlılar 27 dəfə uduzublar. Komandanın debütü isə 2000-ci il avqustun 5-də gerçəkləşib. “Qarabağ”ın qonağı olan “Araz-Naxçıvan” səfərdən xalsız ayrılıb – 0:1.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31