8 Avqust 2026, Şənbə
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı

Ölkə futbolu

Şahruddin "Adana Demirspor"da debüt etdi

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da debüt edib.

Futbolxeber.az saytının məlumatına görə, o, Türkiyə Superliqasının 6-cı turunda "Kasımpaşa" ilə səfər oyununda meydana çıxıb.

Şahruddin start heyətində yer almasa da, 23-cü dəqiqədə digər qapıçı Ertaç Özbirin qırmızı vərəqə almasından sonra Yusuf Sarının əvəzinə meydana daxil olub. Oyun "Kasımpaşa"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şahruddin oyunda 2 qol buraxıb. O, meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra - 25-ci və 51-ci dəqiqlərdə qapısında qol görüb. "Kasımpaşa" 2-ci qolu penaltidən vurub.

Bu yenilgidən sonra 8 xalda qalan "Adana Demirspor" 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay "Qarabağ"dan "Adana Demirspor"a keçib.

Əlavə edək ki, növbəti turda Məhəmmədəliyevin komandası öz meydanında “Beşiktaş”ı qəbul edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31