23 Fevral 2026, Bazar ertəsi
“Neftçi” Banişevskinin məzarı önündə
Berdıyevdən mini master-klass
Andrey Demçenkodan qələbə şərhi
"Araz-Naxçıvan”dan qələbə

Ölkə futbolu

“Neftçi” ilə oyun “Araz-Naxçıvan” üçün ikiqat əlamətdar olub

Azərbaycan Premyer Liqasının VI turu “Araz-Naxçıvan” üçün ikiqat əlamətdar olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, “Neftçi”ni “Dalğa Arena”da qəbul edən naxçıvanlılar 25-ci ev matçına çıxıblar.

1:0 hesabı ilə qalib gələn Azər Bağırovun yetirmələri komandanın Premyer Liqa tarixində 10-cu ev qələbəsini əldə ediblər. Digər 15 görüşdə 7 heç-heçəsi olan komanda 8 dəfə uduzub.

“Araz-Naxçıvan”ın Premyer Liqada ilk oyunu və qələbəsi 2000/2001 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 12-də “Dinamo-Bakılı” ilə matçda qalib müəyyənləşməyib - 0:0. 2001-ci il martın 12-də “Şahdağ”la (Quba) qarşılaşmada isə meydan sahiblərinə texniki qələbə verilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28