7 Iyun 2026, Bazar günü
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib
Millimiz Macarıstana məğlub oldu

Ölkə futbolu

I Liqa oyununda əsasnamə 2 dəfə pozuldu – ÖZƏL

I Liqanın ilk turunun son oyununda “Qaradağ-Lökbatan” öz meydanında “Şamaxı”nı qəbul edir.

Futbolxeber.az saytının matçı stadiondan izləyən əməkdaşının verdiyi məlumata görə, qarşılaşmanın startında çempionatın əsasnaməsi 2 dəfə pozulub. Belə ki, həm arenada diktor yoxdur. Komandaların heyətləri səslənməyib. Həm də komandalar meydana daxil olarkən Azərbaycan Respublikasının Dövlət Himni və Peşəkar Futbol Liqasının himni səslənməyib. AFFA nümayəndəsi bu məqamı matçın protokolunda qeyd edəcəyi halda, “Qaradağ-Lökbatan” hər iki hala görə AFFA İntizam Komitəsi tərəfindən cərimələnəcək.

Xatırladaq ki, əsasnamayə əsasən, Premyer Liqa, 1-ci və 2-ci Liqada yalnız ilk turlarda dövlət himni səslənir. Qalan turlarda yalnız PFL-in himni olur.

Diktor isə Premyer Liqa və 1-ci Liqada mütləqdir.

Fərəc ASLANOV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30