7 Iyun 2026, Bazar günü
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib
Millimiz Macarıstana məğlub oldu

Ölkə futbolu

“Mənim Azərbaycanda problemim Spaletti ilə Mançininin problemindən çoxdur”

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, futbolumuzdakı problemlərdən danışıb və Azərbaycanda işləməyin çətin olduğunu deyib:

“Albaniyanı tərk edəndən - 3 ildir ki, Azərbaycan millisinin baş məşqçisiyəm. Amma başa düşürəm ki, burada vəziyyət çətindir. Çempionatda cəmi 10 komanda var. Futbol Azərbaycanda ən vacib idman növü deyil. Belə deyək, mənim problemim Spalletti və ua Mançininin İtaliyadakı problemindən daha çoxdur. Buradakı yerli mentalitet və mədəniyyət İtaliyadan çox fərqlidir. Burada fərdilik o qədər üstünlük təşkil edir ki, bu ölkədə ən güclü idmançılar komanda deyil, fərdi idman növlərinin nümayəndələridir”.

Qeyd edək ki, De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir. O, daha əvvəl Albaniya yığmasında da eyni vəzifədə işləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30