8 Sentyabr 2026, Çərşənbə axşamı
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Ölkə futbolu

"Olimpiya"nın baş məşqçisi: "Hələ heç nə bitməyib"

"Azərbaycana qələbə üçün gəlmişik. Hələ heç nə bitməyib".

Futbolxeber.az saytının məlumatına görə, bunu Sloveniyanın "Olimpiya" komandasının baş məşqçisi Joao Enrike Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl "TV SLO 2"yə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis qol buraxmamağa və fərqlənməyə çalışacaqlarını bildirib: "Sonadək açıq oynayıb, irəli getməyə çalışacağıq".

Portuqaliyalı baş məşqçi "köhlən atlar"ın daim avrokubokların qrupunda çıxış edən təcrübəli kollektiv olduğunu vurğulayıb. O, ilk matçda bu rəqibə qarşı rəqabət apara biləcəklərini göstərdiklərini söyləyib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Səfərdəki ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30