Ölkə futbolu
“Turan Tovuz”un kapitanı: “Bu məğlubiyyət böyüməyimizə kömək edəcək” (MÜSAHİBƏ)
“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin Futbolxeber.az saytına müsahibəsi.
- “Turan Tovuz”un ilk 4 turdakı çıxışını necə dəyərləndirirsiz?
- 4 turdan sonra 6 xalımız var. Düşünürəm ki, bu, 9 xal da ola bilərdi. Özümüzə uyğun komandalarla oynamışdıq. Qarşıda daha ağır oyunlar olacaq. İndiki məqamda 6 xal da pis nəticə deyil. Nəzərə almaq lazımdır ki, yeni komandayıq, transferlərimizin komandaya uyğunlaşma prosesi gedir. Çalışırıq hər oyunda xal və xallar qazanaq.
- Qeyd etdiniz ki, 6 xal pis nəticə deyil. Belə çıxır ki, hazırkı nəticə sizi və komanda yoldaşlarınızı qane edir?
- Əsas məqsədimiz xal və xallar qazanmaqdır. Komandaya yeni cəlb olunan və gedən oyunçular oldu. Heyət yenidən yığılıb. Hamı istəyir ki, komanda nəticə versin. Bizim də istəyimiz daha yuxarı pillələrdə olmaqdır.
- Ümumiyyətlə, yaydakı dəyişikliklərdən sonra komandada atmosfer necədir? Yeni transferlər komandaya uyğunlaşa bilib?
- Heyətdə atmosfer yaxşıdır. Yeni transferlər həm məşqlərdə, həm oyunlarda əllərindən gələni edirlər. Biz ailə kimiyik. Bu birliyimizlə daha çox xallar qazanmağa çalışacağıq.
- Ötən tur komanda öz meydanıdna debüt etdi və "Səbail"ə məğlub oldu. Bu yenilgi sizin üçün gözlənilməz olmadı?
- Bilirdik ki, "Səbail" ilk 3 turda qələbə qazanmayıb. Onların da xal qazanmaq istəyəcəyindən məlumatlı idik. Düzdür, rəqibi təhlil etmişdik. Necə oynayacaqlarını bilirdik, ancaq diqqətsizliyimizdən qollar buraxdıq. Toparlanıb hesab arasındakı fərqi azaltsaq da, son dəqiqələrdə qol vurmaq üçün irəli çıxmağa məcbur olduq və qapımızda daha bir qol gördük. Bu məğlubiyyət böyüməyimizə kömək edəcək. Çünki səhvlərimizi təhlil etmişik, ona görə də çalışacağıq ki, gələcəkdə bu cür səhvlər bir daha təkrarlanmasın.
- 4 oyundan 2-də qalib gəlmisiz, 2-də isə uduzmusuz. Komandada stabilliyin çatışmamasına səbəb nədir?
- Məğlub olduğumuz rəqiblərdən biri "Qarabağ"dır. Bu komanda öz olduqca iddialıdır, hər kəs bilir. "Səbail" isə öz səviyyəmizdə komandadır. Öz meydanımızda qələbə qazanmaq istəyirdik, dediyim kimi, rəqibi analiz etmişdik. Azarkeşlərimiz qarşısında qələbə qazanmağa niyyətli idik. Amma görünür ki, rəqib də bizi yaxşı təhlil etmişdi. Məğlub olduq. Bu yenilgini unudub qarşıdakı oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq.
- Çoxları cari mövsümü son illərin ən gərgin çempionatını olacağını deyir...
- İldən-ilə çempionatımızın səviyyəsi daha da artır. Düşünürəm ki, bu mövsüm Azərbaycan Premyer Liqası daha səviyyəlidir. Həm son 2 ildə komandaların sayının artması, həm də rəqiblərin hər birindən xal almaq bacarığı, döyüşkənliyi bunu deməyə əsas verir. Kənardan düşünürlər ki, burada oynamaq asandır. Amma Azərbaycan çempionatında çıxış etmək olduqca çətindir. Burada mübarizə aparmalısan, döyüşməlisən.
- Tovuzda artıq ikinci ilinizi keçirirsiz. Komandada hər şey sizi razı salır?
- Komanda keçən il yeni yığılırdı. Çox az müddət ərzində komanda toplandı. Qarşımıza Premyer Liqada qalmaq məqsədi qoymuşduq. Keçən il bunu bacardıq. Əsas kollektivin olmasıdır. Futbolçular bir-birilə çox mehribandır. Bu da özlüyündə ailə mühiti yaradır. İnanıram ki, mövsümün sonuna kimi belə davam edib yaxşı nəticələr qazanacağıq.
- Növbəti tur “Sabah”a qarşı səfər matçınız var. Bu matçdan nə gözləyirsiz?
- Təbii ki, "Sabah" çempionluğa oynayır. Komanda olduqca inkişaf edib, yaxşı kollektivləri var, baxımlı futbol oynayırlar. Səfərdə onlara qarşı matç çətin olacaq. Rəqibi təhlil edirik. Çalışacağıq ki, baş məşqçinin verdiyi tapşırıqları düzgün icra edib sərfəli nəticə ilə qayıdaq.
- Sonda "Turan Tovuz" azarkeşlərinə nə demək istərdiniz?
- Azarkeşlərimiz həm ev, həm səfər oyununda möhtəşəmdirlər. Səfərdə bizə elə dəstək olurlar ki, rəqib meydanında oynadığımızı heç hiss etmirik. Hər zaman dəstəklərini görürük. Belə azarkeş qarşısında futbol oynamaq əla bir hissdir. Biz də hər oyun azarkeşlərimizi sevindirib, xallar qazanmaq istəyirik. 420 km məsafədən gəlib Bakıda bizə dəstək olduqlarına görə hər bir azakeşimizə təşəkkürümü bildirirəm. Onlar qələbəyə layiqdirlər. Futbolçu olaraq həmişə düşünürük ki, hər oyun meydana çıxıb qələbə qazanaraq fanatları sevindirək. Çünki azarkeşlərimiz bizi heç vaxt tək qoymayıb. Bir kapitan olaraq hər birinə öz minnətdarlığımı bildirirəm.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























