Ölkə futbolu
Samir Abasov: "3 oyuna 7 xal o qədər də pis nəticə deyil"
"Yaxşı ki, uduzmadıq. Çünki bu da baş verə bilərdi. Oyunun bəzi hissələrində rəqib üstünlüyü ələ almışdı. Keçənilki vəziyyəti nəzərə alsaq, bu mövsüm çempionatın üç oyununda da xal götürmək bizim üçün yaxşı haldır".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının IV turunda "Araz-Naxçıvan"la bərabərə qaldıqları oyundan (1:1) sonra deyib.
O, yeni gələn futbolçuların tam hazır olmaması səbəbindən 90 dəqiqə eymi tempdə çıxış edə bilmədiklərini bildirib: "Yeni gələn oyunçuların fiziki durumunun aşağı olması bizə əziyyət verir. Oyun tonusunu bütün matçboyu saxlaya bilmirik. Amma birinci hissədə xoş olan məqamlar var idi, yaxşı hücumlar qürurduq. İstəyirik ki, bunu bütün oyun edək. Alınsa, daha yaxşı komanda görəcəyimizə inanıram".
S.Abasov ikinci hissədə geri çəkilmələrinin səbəbini belə izah edib: "Bu, tapşırıq deyil. Konkret olaraq fiziki durumumuz aşağı düşür. Oyunun sonuna qədər çatdıra bilmirik. Tam yay toplanışını keçməyən oyunçularımız var. Onları oyunlarla formaya gətirəcəyik. Bilirəm ki, 4-5 futbolçu tam olaraq 90 dəqiqə oynamağa hazır deyil".
"Sumqayıt"ın çalışdırıcısı kapitan Vüqar Mustafayevin ehtiyatda qalmasının xüsusi səbəbi olmadığını bildirib: "Gələn oyun o oynaya bilər, başqası ehtiyatda otura bilər. Kapitandı deyə, həmişə oynayaq qanunu da yoxdur. Bu oyunla bağlı seçim qarşısında qaldıq ki, Vüqarı, ya Səbuhini oynadaq. Qəbələdə bu heyətlə çıxdıq və oradakı səhvlərimizi çox analiz etdik. Həmin heyətə səhvlərini göstərmişdik deyə, fikirləşdik bu gün daha yaxşısını edə bilərlər. Vüqarın oynamaması çatdırmaması ilə bağlı deyil. Ola bilər ki, gələn oyun oynasın".
Samir Abasov klub prezidenti Riad Rəfiyevin nəticəyə görə oyundan sonra məyus görünməsi haqda sualı belə cavablandırıb: "Riad Rəfiyev oyundan sonra görməmişəm. Birinci hissə oyunda diktə edən tərəf idik. İkinci yarıda rəqib üstünlüyü ələ keçirdi, təhlükəli epizodlar da yaratdı. 100 faizli qol imkanları çox deyildi. Üzüldüyüm məqam odur ki, rəqibə qarşılıq biz heç nə edə bilmədik. Ancaq anlayıram. Oyunu tonusda keçirmək üçün fiziki sarıdan yaxşı durumda olmaq lazımdır. Klub prezidentini də başa düşmək olar, xal itirmişik. Amma başlanğıc üçün 3 oyuna 7 xal o qədər də pis nəticə deyil".
Təcrübəli mütəxəssis komandasının hücumçusu Erik Sorqanın çıxışını belə dəyərləndirib: "Bu gün Erikdən qol istəyiriksə, ona epizod yaratmalıyıq. Rəqib meydançasında daim dominantlıq etməlisən. Erik cərimə meydançası daxilində çox yaxşıdır. Bitiriciliyi, qol vurmağı çox yaxşıdır. Məşqlərdə mən şahidiyəm. Üç oyundan sonra Erikdən bunları etmir, hardasa axsayır deyə, üstünə gedəsi də deyiləm. Ona şans da veriləcək. Bəli, bunu doğrultmalıdı, özü də anlayır. Allah qoysa, Erikdən ümid etdiyimizi ala biləcəyik. Hücumda problemlərimiz göz önündədir, üzərində də işləyirik. Komandaya iki vinger gətirmək üçün işlər gedir, danışırıq, axtarırıq".
S.Abasov ikinci hissədə zəif təsir bağışlayan Rövlan Muradovu çarəsizlikdən əvəzləmədiyini söyləyib: "Ehtiyatda Rövlan Muradovu dəyişəcək və hücumu artıracaq oyunçumuz yoxdur. Rövlan 90 yox, 180 dəqiqə oynaya biləcək futbolçudur. Onu da çıxartsaq... Bəlkə də, siz tərəfdən hansısa səhvləri görülürdü, sezilirdi. Bunu da mən baxandan sonra görərəm. Onu əvəzləsəydik, başımız ağrıyardı".
O, ikinci turda "Sabah"la oyunun təxirə salınmasına niyə razılaşması haqda bunları deyib: "Biz ona razılaşmasaydıq, qınaq obyektinə çevriləcəkdik. Hamı bizi qınayacaqdı. Deməyin ki, belə şeylər olmayacaqdı. Olacaqdı. Amma biz onlar qınayacaq deyə, belə addım atmamışıq. Həmin vəziyyətdən istifadə edərək xal götürməyimizdənsə, Azərbaycan klubuna kömək etməyi daha üstün tutduq, "Sabah"a kömək etdik. Biz onlara güzəşt etdik deyə, onlar bizə qol vurmasın, belə şeylər yoxdur axı. "Sabah" ölkəmizə xal gətirə bilərdi, sevindirmək imkanı var idi, buna görə oyunun təxirə salınmasına razı olduq. "Sabah"ın avrokuboklarda qalib gəlməsi tək onlara sevinc gətirmir. Kənardan oyunçu gətiririksə, ona göstəririk ki, bax "Sabah", "Qarabağ" kimi komandalarımız var, qruplarda oynayırlar. Hamımıza xeyirdir. Ona görə canla-başla buna getdik".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
09:00
Çempionlar Liqası: “Turan” Tovuzda “Mladost”u qəbul edir
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
20.10.2026
19.10.2026
18.10.2026
























