Ölkə futbolu
Debütant təsiri bağışlamayan debütant - QEYD
Azərbaycan Premyer Liqasının ilk 3 turu ümidləri doğruldur. Cəmi 14 oyun baş tutsa da, gözlənildiyi kimi gərgin mübarizəyə şahidlik edirik. Təbii ki, nəticələr də maraqlıdı. 3 turdan sonra “Qəbələ”nin xalsız qalacağını, “Zirə” və “Sumqayıt”ın maksimum nəticə göstərəcəyini, “Neftçi”nin aktivində cəmi 2 xal olacağını yəqin ki, çoxları proznoqlaşdırmırdı.
Komandalar, futbolçular kimi, məşqçilər arasında da gərgin mübarizəyə şahidlik edirik. Geridə qalan 3 turun ən yaxşı məşqçisi ilə bağlı sorğu keçirsək, yəqin ki, fikirlər müxtəlif olacaq. Təbii ki, ilk növbədə Rəşad Sadıqovla Samir Abasov yada düşür. Yuxarıda da qeyd etdiyimiz kimi, bu iki mütəxəssisin komandası geridə qalan müddətdə çempionatda xal itirməyib. Lakin istər Rəşad Sadıqov, istərsə də Samir Abasov məşqçi kimi özlərini sübut ediblər. Onların uğurlu nəticə qazanmasında təəccüblü heç nə yoxdu. Ona görə də fikrimizcə, geridə qalan 3 tur ərzində yaxşı mənada adından söz etdirən əsas məşqçi Azər Bağırovdu. Düzdür, kimsə deyə bilər ki, “Araz-Naxçıvan” 3 oyuna cəmi 3 xal toplayıb. Elədi, lakin xüsusi diqqət ediləsi bir neçə məqam var.
İlk növbədə onu qeyd etmək lazımdı ki, 39 yaşlı Bağırov baş məşqçi kimi Premyer Liqada debüt edir. Yəni komandası kimi Azər Bağırov da debütantdı. Buna qədər o, yüksək liqa həyəcanını yalnız köməkçi məşqçi kimi yaşayıb. Həm bu, həm hazırlığa çox gec başladığına görə, həm də uzun müddət qeyri-müəyyənlik yaşandığı üçün çoxları Bağırovun rəhbərliyi altında “Araz-Naxçıvan”ın “xalpaylayan” funksiyasını yerinə yetirəcəyini düşünürdü. Lakin ilk 3 tur göstərdi ki, “Araz-Naxçıvan” asan yem olmayacaq.
Komanda ilk turda “Turan Tovuz”a 0:3 hesabı ilə uduzsa da, tezliklə toparlandı. “Qəbələ” üzərində qələbədən sonra Azər Bağırovun komandası ölkə futbolunun lideri “Qarabağ”a da layiqli müqavimət göstərdi. Ağdam klubu yalnız hakimin ikinci hissəyə əlavə etdiyi 5-ci dəqiqədə vurduğu qolla naxçıvanlıların müqavimətini qıra bildi. Söhbət heç nəticədən də getmir. “Araz-Naxçıvan” özündən qat-qat güclü rəqibə layiqli müqavimət göstərdi. “Qarabağ”ın adından çəkinmədi, hətta oyunun müəyyən hissələrində rəqibi topsuz qoydu, arxaya çəkilməyə məcbur etdi. Komandanın bu cür inamlı çıxışında məşqçi işi dərhal sezilir. PRO kateqoriyalı Bağırov futbolçularına öz dəst-xəttini aşılaya bilib. Üstəlik, “Qəbələ”ni məğlub edən, “Qarabağ”a layiqli müqavimət göstərən “Araz-Naxçıvan” heç bir ayın kollektivi deyil. Bu futbolçular birlikdə bir yoxlama oyunu belə keçirməyiblər. Odur ki, zamanla kollektivin daha yaxşı vəziyyətdə olacağını proqnozlaşdırmaq mümkündür. Azər Bağırov həm də maraqlı gedişləri ilə seçilir. Məsələn, “Qarabağ”la oyunla bağlı bir məqamı qeyd etməyə dəyər. Adətən məşqçilər qalib heyəti dəyişmirlər. Bağırov isə çempionla görüşdə 2 aparıcı futbolçusunu ehtiyatda saxlamışdı. Matçdan sonra Mohammed Kadiri və İsmail Azzauinin ehtiyat oyunçular skamyasında qalması ilə bağlı sualı mütəxəssis belə cavablandırdı: “Qurban müəllim çempionat oyunlarında ikinci hissədə güclü oyunçuları meydana buraxır. Biz də istədik ki, ikinci hissədə onları meydana buraxaq”. Bu, Azər Bağırovun məşqçi kimi bəlkə də fərqliliyidi. Bir vaxtlar ölkənin ən perspektivli futbolçuların hesab olunan, lakin sonradan futbolu atıb Rusiyada xırda bizneslə məşğul olan Vadim Abdullayevin ardınca gedib, onu yenidən futbola qaytarması isə Bağırovun məşqçi inadkarlığı, futbolçusuna inamıdı. Bu cür məşqçinin quracağı kollektiv isə çox irəli gedə bilər...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:54
“Araz-Naxçıvan” “Qəbələ”yə uduzdu, “Zirə” “Sumqayıt”a qarşı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:38
Stoiçkov: “Azərbaycandakı dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
23.10.2026
22.10.2026
21.10.2026
























