5 Sentyabr 2026, Şənbə
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb

Ölkə futbolu

Sənan Qurbanov "Neftçi"də

“Neftçi”də baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında məşqçilər korpusuna daha bir təyinat reallaşıb.
 
Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sənan Qurbanov “ağ-qaralar”da köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.
 
43 yaşlı mütəxəssis yeni komandası ilə 2 llik müqavilə bağlayıb.
 
Sənan Qurbanov 2018/2019 mövsümündə “Qəbələ”yə, 2020/2021 mövsümündə isə “Keşlə”yə (indiki “Şamaxı”) baş məşqçi kimi Azərbaycan Kubokunu qazandırıb.
 
Qeyd edək ki, “Neftçi”də Adrian Mutunun digər köməkçiləri Alin-Nikolaye Çita (köməkçi məşqçi), Aurelian-Boqdan Patraşku (analitik məşqçi), Miodraq Todorov (fiziki hazırlıq üzrə məşqçi) və Mihai-Qavril Nedebandır (qapıçılar üzrə məşqçi).
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30