3 Dekabr 2025, Çərşənbə
"Qəbələ" və "Sumqayıt"dan qələbə
Şükürovun köməkçiləri bilindi
Saşa İliç: “Səhv məndədir”
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

Əvvəl Adrian Mutu, sonra Şenol Güneş

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 10-u saat 21:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Beşiktaş” oyunundan əvvəl meydan sahiblərinin baş məşqçisi Adrian Mutu və futbolçu Filip Ozobiçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, tədbir avqustun 9-u saat 18:30-dan etibarən “Neftçi Arena”da keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 20:00-da “Beşiktaş”in baş məşqçisi Şenol Güneş və futbolçu Salih Uçanın iştirakı ilə mətbuat konfransı, 20:30-dan isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31