24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

"Qarabağ" yalnız "Qalatasaray"dan geri qaldı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 12 matçı ümumilikdə 219 366 tamaşaçı izləyib.

Ən çox fanat “Qalatasaray” (Türkiyə) - “Jalgiris” (Litva) qarşılaşmasında qeydə alınıb. Türkiyə klubunun 1:0 hesabı ilə qalib gəldiyi görüşdə 41 505 tərəfdar olub.

“Qarabağ”ın Bakıda Polşanın “Rakuv” klubu ilə 1:1 hesablı heç-heçə etdiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 31 257 nəfər olub.

Qeyd edək ki, “Qarabağ” iki oyunun cəmində 3:4 (2:3, 1:1) hesabı ilə məğlub olaraq, Avropa Liqasının III təsnifat mərhələsinə yuvarlanıb. Azərbaycan çempionunun bu raunddakı rəqibi Finlandiya təmsilçisi HIK olacaq.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31