7 Sentyabr 2026, Bazar ertəsi
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Ölkə futbolu

“Turan Tovuz” və Runidən ilklər

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, debütantın ilk uğuru 33-cü tura təsadüf edib. Ayxan Abbasovun yetirmələri “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. Tovuz klubu həm də ilk dəfə bir matçda 4 qol vurub.

Bu görüşdə 3 qola imza atan Runi Eva het-trikə imza atıb. O, “Turan Tovuz”un tarixinə Premyer Liqada ilk het-trikin müəllifi kimi düşüb.

Runi həm də Azərbaycan çempionatları tarixində bir oyunda 3 qol vuran ilk kamerunludur. O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Runiyə qədər 6 afrikalı 7 matçda hərəyə üç qol vurub. Əhməd Ticani iki, digərləri bir het-trikə sevinib.

Qeyd edək ki, cari mövsümdə ikinci dəfə bir futbolçu matçda 3 qol vurub. Runiyə qədər buna Emin Mahmudov nail olub. “Neftçi”nin üzvü “Səbail”lə 15-ci turun qarşılaşmasında het-trik edib (pfl.az).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30