9 Mart 2026, Bazar ertəsi
Qurban Qurbanovdan qələbə şərhi
Demçenko: “Futbolçular cərimələnəcək”
"Neftçi"də yeni təyinat reallaşıb
"Qarabağ"dan böyük hesablı qələbə

Ölkə futbolu

Emin Mahmudov üçün yubiley

Emin Mahmudov Azərbaycan çempionatında 150-ci oyununu keçirib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 33-cü turuna təsadüf edib. “Turan Tovuz”la səfər matçı “ağ-qaralar”ın kapitanı üçün əlamətdar olub. O, Premyer Liqada keçirdiyi 150 oyunun hamısında “Neftçi” forması geyinib.

Debütü 2017/18 mövsümünə təsadüf edən Emin bu görüşlərdə 37 qola imza atıb. Yarımmüdafiəçi klub tarixində Azərbaycan çempionatında 150 və daha çox matça çıxan 6-cı futbolçudur. 1992-ci ildən keçirilən yarışda Mahmudova qədər 5 oyunçu ağ-qara forma ilə ən azı 150 dəfə meydana çıxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31