Ölkə futbolu
Tərlan Əhmədov: “Yaratdığımız qol epizodlarını dəyərləndirə bilsəydik...”
“Qapımızda erkən qol görməyimiz komandaya bir qədər pis təsir etdi, oyun ritmimiz pozuldu. Amma ümumi götürdükdə futbolçularımdan ciddi narazılığım yoxdur”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sabah”a qarşı keçirilən matç (0:3) barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis bildirib ki, komandası ikinci hissədə yaratdığı qol epizodlarını dəyərləndirə bilsəydi, matçın sonluğu fərqli olardı: “İkinci hissədə yaratdığımız qol epizodlarını dəyərləndirə bilsəydik, fərqli oyun görə bilərdik. Hətta sonradan mənə deyildi ki, bir epizodda top qapı xəttini keçmişdi. Hər halda fərqi azaltsaydıq, matçın sonluğu daha gərgin alınardı. “Şamaxı” ilə matçda hiss eləmişdim ki, komanda yorğunluq fonunda oynayır və geri gedir. Amma bu gün futbolçular sağ olsunlar ki, bu vəziyyətdə məğlub olmağımıza baxmayaraq, baxımlı futbol oynadılar. “Sabah”dan çəkinmirdik, rahat hücumlar qururduq, topa nəzarət edirdik. Rəqibin gücünü də nəzərə almaq lazımdı, hələ çempionluğa şansları var. Məni məyus edən Gəncədən bizi dəstəkləməyə gələn fanatların məyus olmasıdır. Qarşıdakı 3 oyunda bizə heç olmasa 3 xal lazımdır ki, yerimizi təmin edək”.
“Kəpəz”in çalışdırıcısı ev oyunlarını Qəbələdə keçirməyin komandanın çıxışına təsir etdiyini vurğulayıb: “Meydan amilinin komandaya təsiri həddindən artıq böyükdür. Təsəvvür edin ki, Gəncədən “Turan Tovuz”la oyun üçün Qəbələyə gəldik. Sonra yenidən Gəncəyə yollandıq, ordan isə Şamaxı səfərinə getdik. Daha sonra Şamaxıdan yenidən Gəncəyə gəldik, indi isə “Sabah”la matç üçün yenidən Qəbələyə gəlmişik. Bütün bunlar isə yorunluğa gətirib çıxarır”.
T.Əhmədov yol yorğunluğunun özünü komandasının oyununda büruzə verdiyini vurğulayıb: “Ötən tur “Şamaxı” ilə görüşdə hiss edirdim ki, komanda yol yorğunudur. Bu haqda məlumat vermişdim ki, hazırkı durum bizə böyük çətinlik yaradacaq. Yenə daha əvvəl dediyim fikirləri təkrarlamaq istəmirəm, amma bilirsiz ki, şəraitimiz ideal deyil. Bütün bu yorğunluğun fonunda komandanın istirahət üçün lazımi şəraiti yoxdur. Gəncədə oynayanda heç olmasa bilirdik ki, avtobusla gedib-gəlmirik. İndi bu gün yenə Gəncəyə qayıdacağıq. Gələn tur paytaxtda oynayırıq. 5 saat avtobusla məsafə qət edəcəyik. Daha sonra yenidən Gəncəyə geri dönüb, ardınca da “Neftçi” ilə matç üçün Qəbələyə gələcəyik. Onsuz da biz idmançıların həyatı təkər üstündədi, təyyarə, avtobus, maşın... Bir sözlə, Gəncədə oynamamağımız komandaya mənfi təsir edir. Azarkeşlərin dəstəyini hiss etmirik, Gəncədəki atmosfer yoxdur. Təsəvvür edin ki, özüm bu qədər yorulmuşamsa, futbolçular məndən 10 dəfə artıq yorulublar. Yol yorunluğu artıq komandanın oyununda özünü büruzə verir. Təəssüf ki, bunu aradan qaldırmaq üçün nəsə edə bilmirik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
19.10.2026
18.10.2026
























