Ölkə futbolu
Ayxan Abbasov: “Premyer Liqada qalmaq üçün vacib qələbə idi”
“Bizim üçün önəmli oyun idi. Kubokdakı məğlubiyyətdən sonra futbolçuları bu oyuna kökləmək çətin idi. Çünki qışdan bu yana kuboka daha çox köklənmişdik. Bir az stresdəydik. Final oynamağı çox istəyirdik. Sevindirici haldı ki, qısa vaxtda futbolçular bugünkü matça motivasiya ola bildilər”.
Futbolxeber.az saytının məlumatına gröə. bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Zirə”ni 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
Abbasov cari mövsüm əvvəlki 3 oyunun hamısında “Zirə”yə uduzduqlarını xatırladıb: “Gərgin qarşılaşma alındı. Buna qədər hər 3 oyunda “Zirə”yə uduzmuşduq. Zirə səfəri çətin olsa da, bugün qalib gəlməyi çox istəyirdik. Maraqlı, dinamik matç alındı. Əsas odur ki, oyundan qopmadıq. Futbolçularımız standart vəziyyətləri yaxşı dəyərləndirdilər. Komandamızı təbrik edirəm”.
Mütəxəssis qazanılan qələbəni klub rəhbərliyinə həsr edib: “Həm turnir cədvəlindəki yerimizi qorumaq, həm də Premyer Liqada qalmaq üçün vacib qələbə idi. Qarşıdakı 4 oyun bizim gələcəyimiz üçün vacibdi. Sona qədər altıncı pillədəki mövqeyimizi qorumaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimizi təbrik edirəm. Rəhbərliyə təşəkkür edirəm ki, son 1 həftədə komandanın arxasında durdular, motivasiya etdilər. Məncə, bu qələbəni onlara həsr etmək olar”.
“Kubokda “Neftçi”yə qarşı da belə oyun sərgiləsəz, yaxşı olmazdı”mı sualını A.Abbasov belə cavablandırıb: “Gəlin, kubokla çempionatı bir-birinə qatışdırmayaq. Çünki “Neftçi” ilə səfər oyununa necə hazırlaşdığımızı heç kim bilmir. Bilirəm ki, bəziləri bizi qınayır. Buna normal yanaşıram. Oyundan sonra müzakirələr olmalıdı. “Neftçi” ilə oyunda 70-ci dəqiqəyə kimi hər şey yaxşı gedirdi, hücuma da çıxırdıq. Hücumda çoxala bilməməyimizin səbəbi rəqib idi. Lakin 70-ci dəqiqədən sonra oyunun stressi öz sözünü dedi, futbolçularımız o yükü daşıya bilmədilər. Bəzi mütəxəssilərin fikirləri mənə ağır gəlir. Çünki həmin mütəxəssislər “Turan Tovuz”dan güclü komandalarda işləyiblər, amma hücum futbolunu görməmişik. Üstəlik, həmin komandaları I dəstəyə salıblar. Bu gün oyun qurtarandan sonra rahat şəkildə “mən olsaydım hücum futbolu oynadardım” demək... Bir qədər bu fikirlər adama təsir edir. Qalan hər kəsin fikrinə normal yanaşıram. Bəli, razıyam ki, “Neftçi”yə qarşı belə oynasaydıq, turu keçərdik. Deməli, belə oynamaq üçün çalışmaq lazımdı”.
Mütəxəssis bəzi futbolçuların “Neftçi” ilə oyundan öncə pul söhbətləri etmələrinə görə vacib matçda uduzmaları barədə deyilənlərlə razılaşmayıb: “Futbolçuların mənimlə, yaxud rəhbərliklə maaş söhbəti etmələri haqda deyilənlər həqiqəti əks etdirmir. Bu gün futbolçuların üzərinə çox da gedə bilmərəm. Çünki bu futbolçular klubun büdcəsi bilinməyəndə, sponsor olmayanda “Turan Tovuz”a gəliblər. Şükür Allaha, bu gün klubun hər şeyi varsa, heç bir narazıçılıq ola bilməz. Bəli, bəzi futbolçularla yeni mövsüm barədə danışığımız olub, razılaşmışıq. Bəziləri gözləmə mövqeyindədi. Bu da normaldı. Eyni hal “Neftçi”də də yaşanır, “Qarabağ”da da. Heç bir futbolçu ilə pul söhbətimiz olmayıb”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
19.10.2026
18.10.2026
17.10.2026
























