Ölkə futbolu
Regekampf: “Hesab ədalətli oldu”
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda (1:1) danışıb.
Futbolxeber.az saytının məlumatına görə, rumın mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Bu gün üç xal qazanmaq istəyirdik. Mən oyundan qabaq futbolçularımla danışanda dedim ki, qələbə üçün gəlmişik. Açıq oyun gedirdi. Hesabı 0:2 etmək üçün şansımız var idi. Lakin yararlana bilmədik. Vacib oyunçumuzu itirdik. Hesab ədalətli oldu".
O, məqsədlərinin qələbə olduğunu qeyd edib: "Oyundan sonra oyunçularıma dedim ki, qələbə qazanmağa yaxın idik. Məqsədimiz üç xal qazanmaq idi. “Qarabağ”ın oyunçusuna qol ötürməsini etməkdə imkan yaratmamalı idik. Çalışırıq ki, oyundan-oyuna daha yaxşı çıxış edək. Oyunçularıma izah etməyə çalışıram ki, klubumuzun tarixi var. “Neftçi” formasını daşımaq olduqca məsuliyyət tələb edir".
"Neftçi"nin çalışdırıcısı "Qarabağ"ı 3 oyunun heç birində məğlub edə bilməmələrinə belə münasibət bildirib: “Qarabağ”la ilk oyun çətin perioda düşmüşdük. İsmayıl Zülfüqarlıya qarşı heç bir iradım yoxdur. Vaxt udaraq futbolçularımın rahatlaşmasına şərait yaratmağa çalışdım. Məni baş məşqçi kimi anlamaq istəsəniz, deyə bilərəm ki, bu taktiki gediş idi. Mən oyunçularımla mütəmadi olaraq danışıram. İsmayıl demək olar ki, hər oyun meydana daxil olur. Bundan əvvəlki oyunda ondan narazı qalmışdım. Bu gün ona yenidən şans verdim".
Regekampf Ataa Caberin zədələnməsi haqda bunları deyib: "Sözün əsl mənasında bütün diqqətimi oyuna yönləndirmişdim. Zədələnən futbolçumuza görə üzülürəm. Oyunçularım peşəkardılar. Bu, bizim həyatımızdır. Biz artıq buna öyrəşmişik. Aparıcı oyunçunun zədələnməsi tez müşahidə edilir".
O, indidən avrokuboklar barədə düşünmədiklərini vurğulayıb: "Biz bir dəfəyə kluba çox oyunçu gətirə bilmərik. Çalışırıq ki, addım-addım edək. Bunun üçün yüksək məbləğdə büdcə lazımdır. “Neftçi”də işləyənlər problemlərdən agahdırlar. UEFA Avropa Konfrans Liqasına hələ çox var. Siz haqlısınız. “Qarabağ”ın ehtiyat oyunçuları da güclüdür. Onların dörd zədəli futbolçusu var. Hətta ehtiyatda belə deyildilər. Özlərini çox yaxşı göstərirlər. Bizə vaxt lazımdır ki, problemləri aradan qaldıraq. Biz addım-addım çalışırıq".
Mütəxəssis hücum xəttindəki rəqabətlə bağlı bunları söyləyib: "Bəzi oyunlarda hücumçu variantımız olmadığı zaman Yeqor oynadı və vacib qol vurdu. İndi isə heyətimizdə Saldanya var. Heç də pis təsir bağışlamadı. Yeqor çox yaxşı məşq edir. Demək olar ki, Vato ilk dəfədir ki, bütün məşqlərdə zədəsiz məşq edir”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
19.10.2026
18.10.2026
17.10.2026
























