5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

UEFA-dan “Qarabağ”ın yarımmüdafiəçisi ilə bağlı paylaşım

UEFA "Qarabağ"ın futbolçusu Marko Yankoviç haqqında paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, qurum Avropa Liqasının feysbuk hesabında 27 yaşlı yarımmüdafiəçinin Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə Bakıdakı ilk matçda (1:0) rəqibin zərbəsinin qarşısını kəsdiyi anların videogörüntüsünü izləyicilər ilə bölüşüb.

Paylaşıma "Yankoviçin "Qarabağ" üçün etdiyi qəhrəmanlıq" başlığını verilib.

Qeyd edək ki, Yankoviç zədə səbəbindən "Gent"lə cavab oyununu buraxacaq. O, təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, bu gün Belçikada keçiriləcək "Gent" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31