Ölkə futbolu
“Heç bir komanda xal itkisindən sığortalanmayıb, o cümlədən də “Qarabağ”
“Heç bir komanda xal itkisindən sığortalanmayıb, o cümlədən də “Qarabağ”. Hansısa oyunda “Qarabağ” da xal itirməlidir. Bu, normal bir haldır”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın məşqçisi Arif Əsədov deyib.
Ağdam klubunun Premyer Liqanın XXI turunda “Kəpəz”lə səfər oyununda xal itirməsindən (1:1) danışan təcrübəli mütəxəssis bunun bir çox səbəbi olduğunu vurğulayıb: “Biz bilirik ki, Gəncə, Tovuz səfərləri hər bir komanda üçün çətin keçir. Mən futbolçu olan dövrlərdə də belə idi. Qərb bölgəsinin təmsilçiləri turnir cədvəlinin aşağı pilləsində qərarlaşsalar da, “Qarabağ”, “Neftçi” kimi komandalarla oyuna ikiqat motivasiya ilə çıxırlar. “Qarabağ” da dünən bu halla üzləşdi.
“Kəpəz” oyuna çox yaxşı köklənmişdi. Komanda meydanın hər qarışı uğrunda mübarizə aparırdı. Sona qədər “Qarabağ”a öz oyununu göstərməyə imkan vermirdilər. Qazonun durumu da Ağdam klubunun çıxışına təsir göstərirdi. Lakin bu məqam “Kəpəz”in əziyyətini yerə vurmaq kimi anlaşılmamalıdır. Sadəcə ot örtüyünün vəziyyəti topla daha çox topla oynamağı sevən “Qarabağ”ın texnikalı futbolçularına müəyyən qədər çətinlik törədirdi”.
“Qarabağ” hazırda ideal formada olmasa da, Arif Əsədov hesab edir ki, komanda Konfrans Liqasının 1/16 final mərhələsində “Gent”ə qarşı keçirəcəyi oyuna qədər daha yaxşı vəziyyətə gələcək: “Qış fasiləsində Kadi, Ovusu kimi aparıcı futbolçular komandadan getdi. Onların yerinə gələnlərin uyğunlaşması üçün müəyyən qədər zamana ehtiyac var. “Qarabağ”ın futbolçularının hazırda ideal formada olmadığını biz hələ Antalyadakı hazırlıq prosesində də görürdük. İkinci dövrə yenicə start götürüb. Ona görə də digər komandalar kimi, “Qarabağ” da hələ öz oyununu tuta bilməyib. Lakin bütün bunların “Gent”lə oyuna təsir göstərəcəyini düşünmürəm. Qurban müəllim təcrübəli mütəxəssisdir və daha əvvəl də bu cür hallarla üzləşib. Gəncə səfərindəki xal itkisi “Qarabağ”a müsbət təsir göstərəcək. Çünki hardasa büdrəmə olmalıdır ki, komanda daha tez toparlansın. “Gent”lə oyuna müəyyən qədər vaxt var. Ona görə də düşünürəm ki, “Qarabağ” bu vəziyyətdən çıxacaq”.
Millimizin məşqçisi “Qarabağ”ın Premyer Liqanın qarşıdakı turlarında da xal itirmə ehtimalını istisna etməyib: “Təqvim “Qarabağ”ın əleyhinədir. Qarşıda komandanı Premyer Liqada “Sabah”, “Zirə”, “Neftçi” kimi iddialılara çətin oyunlar gözləyir. Üstəlik, “Gent”lə 2 oyun. “Qarabağ” əsas diqqətini məhz Belçika təmsilçisi ilə oyunlara yönəltdiyi üçün qarşıdakı turlarda da xal itkisi mümkündür. Rəqiblər də Ağdam klubunun bu vəziyyətindən faydalanmağa çalışacaqlar”.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
21.10.2026
20.10.2026
19.10.2026
























