10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Qəbələ"nin legioneri Azərbaycanda 50-ci oyununa çıxdı

İsnik Alimi “Qəbələ”də 50-ci oyununu keçirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumatra görə, Şimali makedoniyalı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 15-ci turuna təsadüf edib. “Sumqayıt”la səfərdəki matç onun üçün “qırmızı-qara” forma ilə 50-ci olub.

1:1 hesabı ilə nəticələnən qarşılaşmada hesabı da İsnik açıb. Bu, onun “Qəbələ”də 17-ci qolu olub.

Alimi Premyer Liqada 42 (14 qol), Azərbaycan kubokunda 6 (3 qol), avrokuboklarda 2 dəfə “qırmızı-qaralar”ın heyətində şans qazanıb.

Yarımmüdafiəçinin "Qəbələ"də debütü 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfərdəki çempionat görüşünə (2:2) təsadüf edib. O, “Qəbələ”nin tarixində 50 və daha çox oyun keçirən 53-cü futbolçudur.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31