24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Emin Mahmudov: “Milli qələbə qazananda həmişə bu mövzunu atırlar ortaya”

Milli komandamızın aparıcı üzvü Emin Mahmudov Slovakiya və Qazaxıstanla oyunlardan sonra yığmanın aldığı mükafat barədə danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, ARB-24 kanalında yayımlanan “Oyundankənar” proqramında qonaq olan təcrübəli yarımmüdafiəçi böyük mükafat aldıqları barədə yayılan xəbərləri təzkib edib. 

Mahmudov bildirib ki, millinin hər qələbəsindən sonra mükafat məsələsinin ortaya atılması heç də yaxşı hal deyil: “Həmişə qələbə qazananda bu mövzunu atırlar ortaya. Açığı, yazılan rəqəmləri görmüşəm. 2 oyuna heç o qədər mükafat almmamışıq. Fantastik pullar yazıblar. AFFA-nın da açıqlaması var idi bu mövzuda. Pul məsələsi ilə üstümüzə gəlmələri heç də xoş deyil. Rusiyada oynadan burdakından daha çox mükafat alırdım. Bəli, adi insanlarla müqayisədə futbolda pul çox olur. Bunun düz olduğunu demirəm. Amma bu, futbolda təbii haldı. Bir daha deyirəm ki, son 2 oyuna görə aldığımız mükafat yazılan rəqəmə yaxın deyil”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31