Ölkə futbolu
Rəşad Sadıqov: "Çox kobud səhvlərdən qollar buraxdıq"
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Sabah"a uduzduqları oyundan (1:3) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, Sadıqov əvvəlcə qarşılaşma haqda fikirlərini açıqlayıb.
- Çox danışacaq bir şey yoxdur. Rəqib layiq olduğu qələbəni qazandı. Çox kobud səhvlərdən qollar buraxdıq. Bundan sonra rəqib daha özünəinamlı oynadı. Hesab arasındakı fərqi azalda bildik və ümidləndik ki, oyunu çevirə bilərik. Amma ikinci hissənin əvvəlində buraxdığımız kobud səhv oyunun taleyini həll etdi. Çox ucuz səhvlərdən qollar buraxırıq. "Makkabi" ilə oyunda da belə oldu, indi də. Belə olan halda istədiyimiz futbolu oynamaq çətin olur.
- Təmkin Xəlilzadənin oyununda eniş yaşanır. Bununla bağlı nə deyə bilərsiniz?
- Mövsümün əvvəlidir. Ola bilər ki, hansısa futbolçu gec formaya düşsün. Tək o yox, bir neçə oyunçumuz daha istəkli oynamalıdır. Problemlər var, axtarıb həll etməyə çalışacağıq. Eniş deməzdim, daha istəkli oynamalıdır.
- Yeni transferiniz Moizin oyununu necə dəyərləndirərdiniz?
- Məşqçi kimi etmək istəmədiyimi ilk dəfə etdim. Cəmi bir həftə idi ki, məşq edirdi. Sadəcə çıxış yolumuz yox idi. Özü ilə danışdım ki, 60-65 dəqiqə oynayar. Amma 90 dəqiqə oynadı və məni yaxşı tərəfdən təəccübləndirdi.
- Hamidu Keytanın olmaması oyununuza nə dərəcədə təsir etdi?
- Onsuz da, heyət geniş deyil. Onun yoxluğu hücum xəttində hiss olunmaya bilməz. Hacıağa Hacılı, Dimitrios Çantakias, Filipe Paxtman da yenidən zədələnib. Bu cür itkilərimiz var. Futbolda belə problemlər olur. Bunları həll edib yolumuza davam etməyə çalışacağıq. Qarşıda 34 tur var. Əsas məsələ mövsümü uğurlu başa vurmaqdır. Problemləri mövsümün əvvəlində görmək daha yaxşıdır, nəinki mövsümün ortasında.
- Transfer məsələsi nə yerdədir?
- Heyəti genişləndirməliyik. Ola bilər ki, çox futbolçumuzun olmaması futbolçularda rahatlıq yaradır. Biri ilə razılaşmışıq, iki günə Bakıya gələcək. Transferlərin son periodundayıq. İndiyə biz istəyənlər qalar ya, yox bilmirəm. Olmasa, qışda edəcəyik.
- Komandadan narazılıqlarınız nədən ibarətdir?
- Kəmiyyət və keyfiyyətlə bağlı poroblemlərimiz var. İstəyərdik ki, geniş heyətimiz olsun. Həmişə futbolçulardan razı oluram. Amma meydanda yüz faizini verməyəndə, maksimum motivasiya olmayanda problemlər yaranır. Əsas keyfiyyətlərimizdən biri aqressiv və istəkli oynamaqdır. "Makkabi" ilə matçdan sonra problemlər yaşaırıq. Niyə çempionat matçlarında bunları yaşadıq, təhlil edəcəyik.
- Oyununuzda nə çatmadı?
- Bu cür oyunlarda nəticə üçün ucuz qollar buraxmamalısan. Rəqibin usta oyunçuları var. Amma belə qollar buraxdıqdan sonra oyunu dəyişmək çox çətindir. Daha istəkli oynamalıydıq. O zaman bərabər mübarizə gedərdi. Belə oynadıqdan sonra heç bir şans yoxdur.
- "Makkabi" ilə oyundakı "Zirə" ilə indiki arasında fərq görünür...
- Razıyam. Aqressiv və dözümlü futbolçuları görmürəm. Təhlil edəcəyik. Niyə belə olduğunu bilmirəm. İki ildir bu komandadayam. Aqressivlik və dinamikanın aşağı düşməsini görürəm. Mənim üçün də naməlumdur.
- Rüstəm Əhmədzadə döyüşür. Ondan razısınız?
- Görünür ki, Rüstəm potensialını daha da aça bilər. Çox hərəkətlidir. Düşünürəm ki, Azərbaycan futboluna çox xeyir verə bilər.
- Yeni transferin mövqeyi nədir?
- Mərkəz yarımmüdafiəçisidir.
- Demək olar ki, ötən mövsümlə müqayisədə bu mövsüm "Zirə" üçün daha çətin olacaq?
- Keçən il də asan olmadı. Amma bu il daha rəqabətli çempionat keçəcək. İlk turlar da bunu göstərir. Çalışacağıq ki, keçən ilkindən də asan olsun. Hər şeyi zaman göstərəcək. Düşünürəm ki, yaxşı olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
09:00
“Neftçi” “Turan Tovuz”u qəbul edir
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
24.10.2026
23.10.2026
22.10.2026
























