2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

"Qarabağ" İsveçrəyə yollanacaq

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Sürix" ilə qarşılaşacaq "Qarabağ" FK sabah - iyulun 25-i İsveçrəyə yollanacaq.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisini Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

İyulun 26-da saat 18:40-da (Bakı vaxtı ilə 20:40) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Letsiqrund" stadionunda "Qarabağ"ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, "Sürix" - "Qarabağ" oyunu iyulun 27-də Bakı vaxtı ilə 21:00-da baş tutacaq. İlk matçda təmsilçimiz 3:2 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31