3 Iyun 2026, Çərşənbə
Azər Bağırov rəsmən "Şamaxı"da
Minifutbol millimiz Çexiyaya qarşı
Millimiz Avstriyaya yollandı
"Zirə" 5 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

İlkin Qırtımovun son durumu: "Komanda ilə birgə vətənə qayıdır"

Dünən Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar"la oyununda zədələnən "Qəbələ"nin üzvü İlkin Qırtımovun durumu hazırda yaxşıdır. 

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Futbolxeber.az saytına verdiyi açıqlamada müdafiəçinin komanda ilə birgə vətənə qayıtdığını bildirib:

"İlkin rəqib futbolçusu ilə toqquşmadan sonra şok yaşadı, özündən getdi. İlkin müdaxilədən sonra xəstəxanaya aparıldı. Həkimlərin müdaxiləsindən sonra durumu yaxşılaşdı. Artıq hər şey qaydasındadır, özünü normal hiss edir. Komanda ilə birgə vətənə qayıdır". 

Xatırladaq ki, "Fehervar"la matçda İlkin Qırtımovun aldığı zədədən sonra dili qatlanıb. Ona ilk yardımı "Qəbələ"nin kapitanı Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən Qırtımov daha sonra təcili tibbi yarımla xəstəxənaya aparılıb və bir neçə saat həkim nəzarətində qalıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30