7 Mart 2026, Şənbə
"Sumqayıt" qələbəni əldən verdi
Millimiz Macarıstana qarşı
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər

Ölkə futbolu

Boqomolski rəsmən “Neftçi”də

“Neftçi” növbəti hücumçu transferini reallaşdırıb. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, belaruslu futbolçu Yeqor Boqomolski tibbi baxışdan keçdikdən sonra onunla 3 il müddətinə müqavilə imzalanıb. 22 yaşlı forvard komandanın heyətində 77 nömrəli formanı geyinəcək.

Yeqor Boqomolski Belarusun “Dinamo Minsk” (2019), “Dinamo Brest” (2019-2020), “Rux” (2020-2021) və “Minsk” (2021-2022) klublarında çıxış edib, 2019-cu ildə “Dinamo Brest”in heyətində ölkə çempionu olub. Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, qanalı hücumçu Qodsvey Donyo və gürcü müdafiəçi Solomon Kvirkveliyanı transfer etmişdi.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31