12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

“Qəbələ” Santosla gücləndi

2022-2023 mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib. Komanda heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Ötən mövsümü “Şamaxı”da keçirən Felipe Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista” (2014-2016), Sloveniyada “Ankaran Hrvatini” (2017-2018) və “Maribor”da (2018-2021) çıxış edib.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31