21 Iyul 2026, Çərşənbə axşamı
Yamaykalı vinger rəsmən "Zirə"də
“Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi
Millimiz üçün yeni rəqib tapıldı
"Qarabağ" səfərdə də qalib gəldi

Ölkə futbolu

"Neftçi" - "Qəbələ": 59-cu duel

Sabah Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son turda “Qəbələ” “Neftçi” ilə görüşəcək.

Bakıdakı “Bakcell Arena”da keçiriləcək matç iki komanda arasında 59-cu duel olacaq.

Komandalar indiyədək 58 dəfə görüşüb. Hesabında 17 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 25 dəfə məğlub olub. Rəqib qapısına 72 top vuran "Qəbələ" futbolçuları 84 qol buraxıb. Son üç qarşılaşmada heç-heçə qeydə alınıb. Bu görüşlərin üçündə də hər iki tərəf qol sevinci yaşayıb.

Bu matç Premyer Liqa çərçivəsində 54-cü qarşılaşma olacaq. Əvvəlki 53 qarşılaşmada 16 qələbəsi olan  13 dəfə bir xalla kifayətlənib və 24 dəfə uduzub. Rəqib qapısına 65 dəfə yol tapan “qırmızı-qaralar” 78 top buraxıb. 

“Neftçi” ilə səfərdə 30-cu dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 12 dəfə uduzub. "Qəbələ" səfərdə 36 qol vurub, 39-nu buraxıb (gabalafc.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31