6 Mart 2026, Cümə
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”
“Neftçi”yə sahib çıxmaq zamanı
Kadi: "Biz bunu bacararıq"

Ölkə futbolu

“Sumqayıt”dan yubiley qələbəsi

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 30-cu səfər qələbəsini qazanıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yubiley uğuru sayca 30-cu Azərbaycan çempionatının ilk turuna təsadüf edib.

“Keşlə”ni iki cavabsız qolla məğlub edən “Gənclik şəhəri” təmsilçisi rəqib meydanında keçirdiyi 151-ci matçda 30-cu dəfə üç xal qazanıb. Komandanın hesabında 41 heç-heçə və 80 məğlubiyyət də var.

“Sumqayıt” ölkə çempionatları tarixində səfərdə 30 və daha çox qələbə qazanan 15-ci komanda olub.

2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisi rəqib meydanlarında ilk qələbəsini 2011-ci il noyabrın 5-də “Qarabağ” üzərində qazanıb.

Bu qələbə ilə “Sumqayıt” şəhərin Premyer Liqada ən çox xal toplayan komandası ünvanını qazanıb. Klub qələbəyə görə üç xal prinsipi ilə indiyədək ümumilikdə 323 xal yığıb. Şəhərin digər təmsilçilərindən “Xəzər” 321, “Standard” 98, “Gənclərbirliyi” 87 xal toplayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31