Ölkə futbolu
Respublika stadionunun qazonu niyə bərbad durumdadır?
"Ot örtüyünün pis vəziyyətə düşməsinin ən böyük səbəblərindən biri isti hava şəraitidir. Özünüz də görürsünüz ki, anomal istilər keçir".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev arenanın ot örtüyünün hazırkı vəziyyəti barədə danışarkən deyib.
O bildirib ki, meydançaya qulluq edən "Qarabağ" klubunun əməkdaşlarıdır: "Stadion rəhbərliyi ilə Ağdam təmsilçisi arasında 2015-ci ilin yanvarında bağlanmış müqaviləyə əsasən, oyun meydançası və ona aid olan sahələr - paltardəyişmə otaqları, media otaqları və s. klubun istifadəsindədir. İstər ot örtüyünə qulluq, istərsə də köməkçi hissələrin saz vəziyyətdə olması baxımından məsuliyyət onların üzərindədir. Yəni, bu hissələrin stadiona heç bir aidiyyatı yoxdur. Qalan hissələrə isə özümüz cavabdehlik daşıyırıq. Arena 2015-ci ildə "Qarabağ"a təhvil verilən zaman ot örtüyü ideal vəziyyətdə idi. Amma ondan sonra hər il yayda 2 ay (iyul, avqust) ərzində bu cür problemlər yaşanır".
Quliyev "Qarabağ"ın meydançaya pis qulluq etmədiyini söyləyib: "Vaxtı-vaxtında dərmanını, gübrəsini verirlər. Toxum səpilir. Yəni lazımi qulluq edilir".
"Qarabağ"ın prezidenti Tahir Gözəlin stadionun drenaj sistemində problem olması və layihə qurularkən səhvə yol verilməsi ilə bağlı fikirlərinə də münasibət bildirən direktor bunların həqiqətəuyğun olmadığını vurğulayıb: "Layihə də düzgün qurulub, drenaj sistemləri də ideal səviyyədə işləyir. Bu cür drenaj sistemi bəlkə də yalnız Bakı Olimpiya Stadionunda ola bilər. O da ən son qurğulardan biridir. Azərbaycanda belə drenaj sistemi başqa yerdə yoxdur. Kim istəyirsə, gəlsin, suvarma sistemini qoşaq, görsünlər ki, necə işləyir. 3 dəqiqədən sonra elə olur ki. sanki su verilməyib. Hamısı axıb gedir. Drenaj onun üçündür ki, orada su qalıb, bataqlıq, gölməçə yaranmasın. Sizi əmin edirəm ki, otun yanmasının suvarma sistemi ilə heç bir əlaqəsi yoxdur. Tahir Gözəlin dediklərinin buraya heç bir aidiyyatı yoxdur".
Quliyev dövlət büdcəsindən hər il stadiona yüksək məbləğdə pul ayrılması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Yazırlar ki, burada yeyinti var, pullar kiminsə cibini doldurur. Dövlət tərəfindən burada görülən işlərlə bağlı bir qəpik də pul ayrılmır. Dövlətin verdiyi vəsait yalnız əməkdaşların məvacibinin müəyyən hissəsinin ödənilməsinə gedir. Mərkəzi arena təsərrüfat hesablıdır. Özü özünü maliyyələşdirir. Günə 60-70 ton su işlədilir. Suvarma kompüter sistemi ilə aparılır. Respublikanın heç bir stadionunda ot örtüyünə bu qədər su işlədilmir. Bunu mən təmin edirəm. Hərə öz öhədliyini yerinə yetirməlidir" ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
18.10.2026
17.10.2026
























