Ölkə futbolu
HİK-in baş məşqçisi: “Ümid edirdim ki, qol buraxmayacağıq”
“Oyun gözlədiyimiz kimi keçdi. Rəqibin çox yaxşı orta sahə oyunçuları var. Yusuf Laval bu gün bizə bir neçə problem yaratdı. Üç gün əvvəl oyunumuz var idi. Bu səbəbdən həm fiziki, həm də taktiki hazırlıq baxımından çətin keçdi. Amma yenə də gözlədiyimiz kimi alındı".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri HİK-in baş məşqçisi Toni Koskela Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə bu gün Bakıda keçirilən oyundan (2:2) sonra mətbuat konfransında deyib.
- "Neftçi"ni artıq canlı izlədiniz. Cavab görüşü barədə hansı qeydləri götürdünüz, Azərbaycan klubunu sürpriz gözləyir?
- Təbii ki, hər iki komandada bəzi dəyişikliklər olacaq. Amma ümumi baxanda "Neftçi" bu gün bizə qarşı əvvəlki görüşlərdəki kimi oynadı. Amma yenə də sürpriz ola bilər.
- "Neftçi" hesabı açdıqdan sonra sanki komandanıza "motor" qoşdular, ardıcıl iki qol vurdunuz. Bunun səbəbi nə idi: rəqibdə boşluqlar tapdınız?
- Ümid edirdim ki, qol buraxmayacağıq. Fikrimcə, 25-30 dəqiqə ərzində çox yaxşı oynadıq, topla uğurlu rəftar edirdik. Ondan sonra hər iki komandada yorğunluq büruzə verdi. Qol oyunun gedişatını bir qədər dəyişdi. Şadam ki, komandamız dönüş edə bildi. İlk hissədə daha yaxşı oynadıq, fasilədən sonra hücum edə bilmədik. Bunun da səbəbi var. Yorğun idik.
- Fiziki cəhətdən yorğun olduğunuzu dediniz. Samir Abasov isə Finlandiya çempionatının davamının sizin xeyrinizə olduğunu demişdi. Çempionatınızın davam etməsi sizin xeyrinizədir, yoxsa ziyanınıza?
- Bir tərəfdən üstünlük, digər tərəfdən əksidir. "Neftçi"nin 5-6 həftəlik hazırlıq dönəmi oldu. Amma bizim belə imkanımız yox idi. Bir tərəfdən rəsmi oyuna çıxmaq yaxşıdır. Amma həftəsonu meydana çıxmağı nəzərə alsaq, bunu üstünlük saymıram.
- Sanki məyus görünürsünüz. Nəticə sizi nə dərəcədə qane etdi?
- Bura uğurlu nəticə üçün gəlmişik. 2:2 hesabı da qənaətbəxş nəticədir. Cavab görüşünü öz meydanımızda keçirəcəyik. Bu, bizim üçün üstünlükdür. Düzdür, qələbə də qazana bilərdik və bura fərqli ab-havada gələ bilərdim.
- "Neftçi"nin vurduğu iki qol daha yaxşı idi, yoxsa komandanızın mübarizəsi?
- Rəqibin vurduğu qollar çox gözəl idi. Buraxdığımız qollar və sərgilədiyimiz oyun matçın mənzərəsi idi. Hazırda Finlandiyada hava durumu 16-18 dərəcədir. Burada isə oynamaq çox çətin idi. Finlandiyaya daha komfortlu gedəcəyik (apasport.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
23.10.2026
22.10.2026
























