31 May 2026, Bazar günü
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
“Qrup lideri olmaq niyyətindəyik”

Ölkə futbolu

"Qarabağ"ın futbolçusu: "Bu mövsüm hədəfimiz çempion olmaqdır"

"Hazırlıqlarımız yaxşı keçir. Toplanışın ilk günlərində fiziki məşqlərə üstünlük verilir. Məşqlərdə istəkli və həvəsliyik. Komandada yüksək motivasiya var. "Keşlə" ilə yoxlama görüşümüz də yaxşı keçdi. Yoxlama matçı olsa da, meydana motivasiyalı çıxmışdıq. Düzdür, çatışmayan cəhətlərimiz var idi. Bunu da təlim-məşq toplanışında aradan qaldırmağa çalışacağıq".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Abbas Hüseynov klubun rəsmi saytına açıqlamasında deyib.

O, komandanın hazırlıq prosesi və yeni mövsümün hədəfləri barədə danışıb: "Üzərimizdə çalışıb, daha yaxşı səviyyəyə qalxmaq istəyirik. Hazırlığa yeni başladığımız üçün komandamız hələ tam formada deyil. Növbəti yoxlama oyunları bizə faydalı olacaq. Ötən mövsüm Premyer Liqada 2-ci olduq. Ancaq bu mövsüm hədəfimiz ölkə çempionu olmaqdır. Bunun üçün də çox çalışmalıyıq. Konfrans Liqasında "Aşdod"la qaşılaşacağıq. Bilirik ki, İsrail klubları zəif olmur. Rəqibi analiz edirik. Çalışacağıq ki, mərhələ keçən tərəf olaq. Bu mövsüm qələbələrimizlə azarkeşlərimizi sevindirmək istəyirik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" görüşü iyulun 22-si 20:00-da başlayacaq. Komandalar arasında cavab matçı iyulun 29-da oynanılacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31