6 Mart 2026, Cümə
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”
“Neftçi”yə sahib çıxmaq zamanı
Kadi: "Biz bunu bacararıq"

Ölkə futbolu

Rüfət Dadaşov zədələnib

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən azərbaycanlı futbolçu Rüfət Dadaşov zədələnib.

Futbolxeber.az saytının məlumatına görə, 30 yaşlı hücumçu Milli Futbol Liqasında (USL) "San Dieqo Loyal"a səfərdə 1:2 hesabı ilə uduzduqları görüşdə xəsarət alıb.

Dadaşov görüşün 59-cu dəqiqəsində əvəzlənməli olub. Forvardın sümüyü əzəlib və o, son iki gündə komanda ilə məşqlərə qoşula bilməyib.

Oyunçunun iyunun 27-də "Sakramento" ilə qarşılaşmanı buraxacağı gözlənilir.

Qeyd edək ki, Rüfət Dadaşov 2020-ci ilin yanvarında ABŞ klubuna keçib. O, 2013-2020-ci illərdə Azərbaycan millisinin də formasını geyinib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31