16 Dekabr 2025, Çərşənbə axşamı
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Ölkə futbolu

Türkiyənin Bakıdakı ilk matçına 18 min bilet satılıb

Avro-2020-nin Bakıda keçiriləcək matçlarına ümumilikdə 44 min bilet satılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Bol İdman" verilişində qonaq olarkən açıqlamasında bildirib.
 
O deyib: "Bildiyiniz kimi, Bakı Olimpiya Stadionunun tutumu 68 min nəfərlikdir. Nəzərə alsaq ki, bəzi yerlərdə UEFA-nın və telekanalların xüsusi studiyaları olunub, buna görə də arenanın hazırkı tutumu 62-63 min nəfərə qədər azalıb. Qaydalara əsasən, matça 50 faiz azarkeş buraxılacaq. Satışda da təxminən hər oyuna 32 min bilet olur. İndiyədək 4 matç üçün ümumilikdə 44 min bilet satılıb. Təbii ki, ortalama hesablasaq, satılan biletlərin sayı 1-ci oyun üçün 6 min-i keçib, ikinci matça - Uels - Türkiyə oyunu üçün 18 mini keçib, digər oyunlarda isə bərabərdir. 1/4 finalda iştirak edəcək komandaların adı məlum olmasa da, bu oyuna maraq çox böyükdür. Xüsusilə də əcnəbilərin".
 
Qeyd edək ki, Avro-2020 11 iyun-11 iyul tarixlərində keçiriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31