9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

Rəşad Sadıqov Mahir Emreliyə dəstək oldu

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Polşanın"Legiya" klubuna keçən Mahir Emreliyə dəstək olub.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə şəxsi İnstaqram hesabından paylaşım edən "Qarabağ"ın və millimizin keçmiş kapitanı sabiq komanda yoldaşının Azərbaycanı layiqincə təmsil edəcəyinə inandığını yazıb: “Mahir, yolun açıq olsun. Əminəm ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəksən".
 
24 yaşlı hücumçu isə Rəşad Sadıqovun paylaşımına cavab olaraq İnstaqram hesabında bunları yazıb:  "Buralara gəlib çıxmağımda ən önəmli rolu olan insanlardan biri, kapitanım, hər şeyə görə çox sağ ol".
 
Xatırladaq ki, Mahir Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31