4 Mart 2026, Çərşənbə
"Zirə" ilk yarımfinalçı oldu
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik

Ölkə futbolu

Aftandil Hacıyev üçün yubiley

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqada yubiley oyununu keçirib.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yalnız bir kluba rəhbərlik edən mütəxəssis paytaxt təmsilçisini 75-ci matça çıxarıb. Onun yubileyi XXVII turun “Zirə” ilə səfər matçına təsadüf edib. Hacıyevin komandası rəqib meydanında 0:2 hesabı ilə məğlub olub.

Premyer Liqada 2018/19 mövsümündə debüt edən çalışdırıcı üç çempionatda “Səbail”i 75 qarşılaşmaya çıxarıb. Bu oyunlarda 22 qələbə sevinci yaşayan Hacıyev 19 heç-heçəyə şahid olub. Onun yetirmələri 34 dəfə uduzub. Mütəxəssisin rəhbərliyi altında 65 qol vuran komanda 108 top buraxıb.

Qeyd edək ki, Hacıyevin Premyer Liqada debütü 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin gün “Səbail” “Qəbələ” ilə səfər matçında 0:3 hesabı ilə məğlub olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31